10 mart 2024 18:18
429

Dəyişən reallıqlar fonunda qanunvericilik bazası daha da təkmilləşdirlir

Ölkə başçısının VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı parlamentin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmişdir.

Azərbaycan artıq Cənubi Qafqazın tanınmış lideri və “dondurulmuş” hesab edilən münaqişəni həll edə bilən yeganə dövlətdir. Azərbaycan təkcə bölgəmizə  deyil, bütün dünyaya fayda gətirən layihələrin təşəbbüskarıdır. Üstəlik, bəzən dövlətimiz bunu bir çox güclərin planlarına zidd  olaraq, bu planları həyat keçirir. Bu, Prezident İlham Əliyevin siyasi qətiyyəti, dürüstlüyü, parlaq düşünülmüş strategiyası, vətənpərvərliyi sayəsində mümkün olmudur. Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edən, müstəqil iqtisadi siyasət aparan, dünyada baş verən geosiyasi proseslərə nüfuz edən bir dövlətdir.

Əlbəttə ki, bu uğurlara nail olmaq üçün bir çox şərtlər təmin edilməli idi. Bunlardan biridə qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirməsi və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların aparılması idi. 4 il bundan əvvəl növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Prezident İlham Əliyevin 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı proqram xarakterli çıxışı yeni formalaşmış parlament qarşısında mühüm vəzifələr qoydu. İlk növbədə qeyd etmək lazımdır ki, VI çağırış Milli Məclisin fəaliyyəti çox mürəkkəb, gərgin və bir o qədər də tarixidir. Pandemiya, Vətən Müharibəsi, postpandemiya və post münaqişə dövrü ilə müşayət olunan parlamentimiz bir çox tarixi Qanun layihələri qəbul etmişdir. Bunların sırasına  iqtisadi  və siyasi, sosial islahatların, insan  hüquq və azadlıqlarının müdafiəsi sahəsində,  mühüm  qanunlar qəbul edilib. Dəyişən reallıqlar fonunda qanunvericilik bazası daha da təkmilləşdirlir. Qarşıya qoyulan vəzifələrdən biri də deputatların seçicilərlə daim təmasda olmaları idi. Bu vəzifə də uğurla həyata keçirilir.

Azərbaycanın xarici siyasətinin dəqiq strategiyasının mövcudluğunu qeyd  edən dövlət başçısı bildirmişdi ki, "qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər, müsəlman aləmində ölkəmizin böyük nüfuzu var. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır".  Ötən  müddət  ərzində  parlament  diplomatiyası çərçivəsində  çox  mühüm  görüşlər, tədbirlər  keçirmişdir. Xüsusi ilə, Qoşulmama  Hərəkatı  çərçivəsində Parlament  Şəbəkəsinin  yaradılması da buna bariz nümunədir.

Prezident İlham Əliyevin 2020-ci il martın10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı  qarşıya  vəzifələrin layiqincə yerinə yetirilməsi qanunvericilik bazasının daha da təkmilləşdirilməsi  və  gücləndirilməsində    özünəməxsus   rol   oynayır.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor