08 mart 2024 14:54
553

Heykəldən heyif çıxanlar...

Özlərini dünyanın sivilləri adlandıranlar iç üzlərini göstərirlər. Siyasətmeydanında Azərbaycana məğlub olan Fransa prezidenti Emmanuel Makron ölkəmizə qarşı hər cür iyrəncliklərə rəvac verib. Şübhəyoxdur ki, hakimiyyətin gizli tapşırığına əsasən bu ölkənin Evian-lö Bən şəhərindəki bağda Azərbaycanın görkəmli şairi və xeyriyyəçisi Xurşidbanu Natəvanın heykəli təhqir olunub.

Bu biabırçılıqdan sonra heykəl Evian şəhərindən götürülərək ölkənin paytaxtı Parisə gətirilib. Abidə bu gün Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb. Onun Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə işlər davam etdirilir.

Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atmaqla bərabər, adının, xatirə yazısının da üzərinə qırmızı boya çəkilib və bəzi hissələri qoparılıb və ya sındırılıb. Qısaca desək, özlərini dünyanın mədəni xalqı adlandıranlar vəhşiliklərini və cılızlıqlıqlarını nümayiş etdiriblər. Belə məlum olur ki, bu hərəkəti  edənlər nəinki Azərbaycan şairinin, öz mütəfəkkirləri olan  Aleksandr Dümanın da ruhuna hörmətsizlik ediblər. Ancaq biz fransızların heç bir abidəsinə bu cür hörmətsizlik etməmişik. İndi sivil kimdir, fransızlar, yoxsa biz?

Vəli İlyasov, “İki sahil”