07 mart 2024 13:14
232

Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament

Çox partiyalı sistem , söz , vicdan və digər azadlıqların mövcudluğu demokratyanın əsas xüsusiyətləridir . Demokratik cəmiyyətdə çoxsaylı partiyalar, dərnəklər , birliklər , ictimai təşkilatlar açıq fəaliyyət göstərirlər . Onlar arasında dinc rəqabət hökm sürür. Çünki demokratik cəmiyyətdə hər bir insan isdədiyi kimi düşünə və fikir söyləyə bilər .

Demokratik cəmiyyətdə plüralizm geniş yer tutur . Plüralizm fərqlənən və müxdəlif mövqelərin mövcudluğunu təsdiq edən dəyərlərdir . Demokratik cəmiyyət siyasi partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan  hakimiyyət sistemidir.

Qanun yaradıcılığı Milli Məclisin əsas funksiyasıdır . Qanunlar yanlız Milli Məclis tərəfindən qəbul edilir  Azərbaycan Respublikasında Milli Məclis seçkilər yolu ilə formalaşır . Seçkilər keçirilirməsi siyasi tədbir olmaqla yanaşı , həm də ölkədə demokratiyanın əsas göstəricisi ,xalqın iradəsinin ifadəsidir.

2020-ci ilin martında VI çağırış Milli Məclisin fəaliyyətə başlanması münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev çıxış edərək VI çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə etdi. Dövlət başcısı Azərbaycanda aparılan genişmiqyaslı islahatlara, onların dərinləşməsi işinə xüsusi önəm verilməsinin prioritet olduğunu vurğuladı. 1300 dən çox namizədin iştirak etdiyi bu kompaniyanın uğurla keçdiyini söyləyən İlham Əliyev seçkilərin xalqımızın iradəsini ifadə etdiyini söylədi. Prezident İlham Əliyev bildirdi ki, seçkilərdə bütün siyasi partiyalar iştirak ediblər. Bunun da nəticəsində VI çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə YAP-nın yerlərin əksəriyyətini əldə etdiyini deyən İlham Əliyev vurğuladı ki, siyası sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri, Milli Məclisin rəhbərliyi və komitlərinin rəhbərliyinidə təmsil olunmalıdırlar.

Deputatlar qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxundu . dövlət başcısı bildirdi ki , qanunlar qəbul olunarkən iqtisadi inkişafdır dərinləşdirilməsi , milli dəyərlərin qorunması , informasiya təhlükəsizliyi  ,  sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır . President  İlham Əliyev qeyd etdiki , deputatlar seçicilərlə daim təmasda olmalı , onların problemləri ilə maraqlanmalıdırlar . Sonda da uğurla addımlayacığını vurğuladı Ali Baş komandan , Prezident İlham Əliyevin dedikləri özünü doğrultdu . 44 günlük müharibədə qazanılan qələbə tarixi düşmənlərimiz olan erməniləri sarsıtdı və Prezident İlham Əliyev geosiyası gerçəkliyin  nədən ilarəf olduğunu ermənilər anlatdı. Məhz bunun nəticəsidir ki, İlham Əliyev prezident seçkilərində xalqın əksəryyətinin səsini qazanaraq qalib gəldi.

Asəf Həziyev, 
Heydər Əliyev adına liseyin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü