07 mart 2024 13:48
385

Milli Məclisin fəaliyyətinə etimad çıxışı

Azərbaycanda növbədənkənar prezident seçkiləri böyük siyasi coşqu ilə keçdi. Xalq inan­­dığı, sevdiyi Prezidentinə yenə etimad göstərdi. Qurucu Prezident olduğuna görə, qalib sər­kər­də olduğuna görə, Azərbaycanın iqtisadi qüdrətini artırdığına görə, işğaldan azad edilmiş ərazilırdə böyük quruculuq işlərinin uğurlu təşkilinə və uğurlu davamına görə, Böyük qayıdışa görə...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 10-da VI çağırış Azər­bay­can Respublikası Milli Məclisinin ilk iclasında çıxışında bir sıra mühüm məsələlərə ay­dın­lıq gətirdi ki, deputatlar da, ictimailəşəndən sonra vətəndaşlar da azərbaycan dövlətçiliyinin qüdrətindən bir daha qürurlandılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında eyd etdi ki, növ­bə­dənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərin­ləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Prezident onu da bildirdi ki, Avropa İttifaqı seçkilərin keçiril­mə­si ilə əlaqədar obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Av­ropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi qiymət, seçkilərin tanınması deməkdir.

“Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tə­rə­findən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır”.

Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəb­büs­ləri labüddlüyünü xatırladan Azərbaycan Respublikasının Preidenti cənab İlham Əliyev dedi: “İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Də­yişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyər­lə­rimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

Seçicilər ilə daim təmasda olmağın zəruriliyin bir daha xatırladan ölkə başçıısı çıxışında sonra dedi ki, “Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda ol­malıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur”.

Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı həm Milli Məclisin fəaliyyətinə etimad çıxışı kimi dinlənildi, həm də onun fəaliyyətinin siyasi proseslərlə gələcək koordi­nasiyası baxımından səmərəli olacağına inamı artırdı...

Səbinə Xasayeva,

Milli  Məclisin deputatı