06 mart 2024 12:30
360

Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edib

Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. 

Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılıb.Prezident İlham Əliyev açılış mərasimidnə Azərbaycanın beynəlxalq energetika tərəfdaşlığı çərçivəsində öz öhdəliklərinə sadiqliyini və Avropaya karbohidrat və yaşıl enerji tədarükü layihələrini inkişaf etdirməyə hazır olduğunu təsdiq edib.

"Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Bizim sözümüz də imzamız qədər əhəmiyyətlidir. Əminəm ki, müəyyən etdiyimiz bütün planlar həyata keçiriləcək", o qeyd edib.Əliyevin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi AvCənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsinə müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsininəsas olduğunu bildirən Prezident cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi hesab oluna bilər. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı.

Cənub Qaz Dəhlizi – Cənubi Qafqaz qaz boru kəmərini genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisi və Avropada TAP qaz kəmərini genişləndirməsi üzrə layihədir. Bu layihə üzrə hasil edilən təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəməridir. Bu layihədə bütün iştirakçı tərəflərin maraqları təmin olunub. rasiya məkanında ən böyük infrastruktur layihələrindən biri olub.

Fəridə Agayeva,
Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü