05 mart 2024 16:30
381

Yeni Azərbaycan Partiyası hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir

Yarandığı gündən sözlə əməl birliyi, tutduğu yola sadiqliyi, hər zaman Azərbaycanın daha da qüdrətlənməsinə, insanların yüksək rifah şəraitində yaşamasına səy göstərməsi Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası kimi qazandığı mövqeyi günbəgün möhkəmləndirir. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciəti, dahi şəxsiyyətin bu müraciətə  cavabı, bunların əsasında 1992-ci il 21  noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi bu günümüzə və gələcəyimizə hesablanmış addımlar sırasındandır. Xalqımız Heydər Əliyev tərəfindən  yaradılmış Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Xalqımız başa düşürdü ki, Ulu Öndərin öz xalqına olan sadiqliyi və sevgisi onları bu əzab- əziyyətdən çıxaracaq və gözəl gələcəyə aparacaq. Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiysı kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası yarandığı gündən irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları, müəyyənləşdirdiyi hədəfləri ilə Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına töhfələr verir. “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin əsasında saxlayan partiyaya xalqın inamı, etimadı böyükdür. Bu, istər YAP-ın sıralarının genişlənməsində, istərsə də ölkəmizdə keçirilən seçki proseslərində özünü aydın şəkildə nümayiş etdirir. YAP gənc nəslə böyük dəstək verən və onları öz ətrafında birləşdirən bir partiyadır. Vətən müharibəsində qələbə qazanmağımızın ən əsas səbəblərindən biri də 2003- cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyevin vaxtında uşaq və yeniyetmə olan gənclərimizin, savaşda böyük mərdlik və qəhrəmanlıq göstərməsi olmuşdur. Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyev hər zaman gənclərin milli ruhda yetişməsinə böyük diqqət yetirir.

Son dövrlər ölkəmizdə siyasi islahatların reallaşması inkişafımızı daha da sürətləndirmişdir. 2018-ci il Prezident və 2020-ci il parlament seçkilərində, 2020-ci ildə ikinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbədən sonra yaranmış reallıqlar siyasi islahatların daha da dərindən aparılmasına səbəb oldu. Məhz bu inkişaf, hər dövrün çağırışlarının  yüksək  səviyyədə cavablandırılması, uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin reallıqları Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini bir zərurətə çevirdi.  Yeni Azərbaycan Partitasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar siyasətinin davamıdır. 2021-ci il 5 mart tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxış edən partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAP-ın bu günə kimi keçdiyi yoldan danışdı və partiyanın gələcək fəaliyyətinə dair tövsiyə və tapşırıqlarını verdi.VII qurultayda qəbul edilmiş qərarlar iqtidarla xalq arasında mövcud birliyin, eləcə də bu həmrəyliyin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaratdı. Hər bir ölkənin həyatında müəyyən dönüş nöqtələri olur ki, Azərbaycan üçün bunlardan biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Cənab İlham Əliyev VII qurultaydakı çıxışında da bu reallığa xüsusi diqqət yönəldərək bildirdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.           

Qurultayda partiyanın birinci müavini postunun təsis edilməsi və bu postun  ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsi partiyada idarəetmə prosesinin təkmilləşdirilməsinə böyük təkan verir. YAP-  ın ən prioritet vəzifələrindən biri də hər zaman milli maraqların qorunması olmuşdur. Tarixi Zəfərimizin reallıqları əsasında hazırlanan və təsdiqlənən yeni Proqramın özündə ehtiva etdiyi 5 fəsil və 29 müddəa yeni hədəflərin təqdimatıdır. Proqrama əsasən YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlikdir. Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir. VII-ci qurultayda həmçinin İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmişdir.Siyasi dialoqun və milli həmrəyliyin təzahürü olaraq qurultayda ölkəmizdə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması barədə müraciətlərinə baxılmış və öz müsbət həllini tapmışdır.

YAP beynəlxalq əlaqələrin də qurulmasına böyük önəm verir.  İki dost, qardaş ölkə olan Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında  davam edən əməkdaşlıq 2021-ci ildən  yeni mərhələyə qədəm qoydu. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə stimul verir. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin  Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür.

7 fevral - müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi xalqın inamının, etimadının, 20 ildə görülən işlərə yüksək dəyərinin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunun bir daha nümayişi oldu.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri