05 mart 2024 14:42
552

Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir

Azərbaycanı möhtəşəm qələbələrə aparan İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən güclü iqtisadiyyat, güclü dövlət modelinə üstünlük verib. İqtisadiyyatda, dövlətimizin iqtisadi qüdrətinin gündən-günə artması, daxildə davamlı sabitliyin bərqərar olması, xalqın öz Prezidentinin ətrafında sıx birliyi ölkəmizlə iqtisadi-siyasi əlaqə qurmaq marağında olan dövlətlərin sayını ciddi surətdə artırdı. Bu da Azərbaycanın beynəlxalq nüfuzuna, iqtisadi-siyasi-hərbi əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verdi.

Prezident İlham Əliyev davamlı iqtisadi inkişafı təmin etmək üçün  ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığa xususi önəm verir. Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrinin inkişafı məqsədilə fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev alman iş adamları ilə Berlində və yaxın zamanda baş tutan Münhen görüşlərini məmnunluq hissi ilə xatırlayıb və görüşlərin davamının təşkil olunmasının Azərbaycan üçün əhəmiyyətini vurğulayıb.

Öz növbəsində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemann nümayəndə heyətinin adından İlham Əliyevin yenidən Prezident seçildiyi vaxtda qəbula görə öz təşəkkürünü bildirib. Səfir Prezident İlham Əliyevin Münxen səfəri zamanı Almaniya Kansleri ilə keçirdiyi görüşlərinin xoş təəssüratı altında olduqlarını vurğulayıb.Səfir alman biznes dairələrinin və şirkətlərinin enerji sahəsində əməkdaşlıq üçün öz dəstəyini göstərməyə daim  hazır olduğunu bildirib

Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nü-mayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın qəbuluna diqqət çəkib. Prezident İlham Əliyev bu qərara əsas dəstək verənlərdən birinin   Almaniya Parlamentinin üzvü Frank Şvabenin olduğunu qeyd edib.

Dövlətimizin başçısı AŞPA-nın Azərbaycana qarşı olan bu mənfi yanaşmasının səbəblərini əsaslı şəkildə qeyd edib. Prezident İlham Əliyev Fransanın bu məsələdə ermənipərəst mövqeyini xususi qeyd edib.  “Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir”.Qeyd olunan bu fikirləri Prezident İlham Əliyev vurğulayıb. Təbii ki, bu fikirləri ilə prinsipial xarakterli mesajlarını  dövlət başçısı lazımi ünvanlara çatdırıb.

Qeyd edək ki, bu gün deputat F.Şvabe Azərbaycana qarşı qərəzli mövqeyinin davamı kimi Almaniya mediasının bu cür fəaliyyətini müşahidə edirik.  Prezident İlham Əliyev bu məsələyə də xüsusi toxunub. Qeyd edib ki, Almaniya mətbuatında Azərbaycan, guya, azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü zülmkar bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – deyən döv-lətimizin başçısı belə neqativ halların ölkəmizin həyata keçirdiyi işlərə mane ola bilməyəcəyinə qəti əminlik yaradır və vurğulayır: “Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.

Azərbaycan Prezidenti ölkəmizdə iqtisadi islahatlarla bağlı müstəsna əhəmiyyətli  işlərin həyata keçirildiyini, yalnız ənənəvi enerji sektoru deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu xüsusi vurğulayır. Deməli, bunu nəzərə almaq lazımdır ki, ikili standartlardan çıxış etməkdənsə, ölkəmizin səmimiyyətinə dəyər vermək lazımdır.

Sonda Prezident İlham Əliyevin üzərində dayandığı bir xüsus da var. Dövlətimizin başçısı Almaniya biznes dairələrinin Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirib və bunun bütün regionda müsbət inkişafın əsasını qoya biləcəyini vurğulayıb. Yəni ki, Almaniya da özünün iqtisadi maraqlarını düşünməli, kollektiv Qərbin ənənəvi anti-Azərbaycan oyunlarında iştirakdan uzaq dayanmalı, obyektiv mövqe tutmalı, ən əsası isə Cənubi Qafqazda sülh mühitinin ədalətli əsaslarının formalaşmasına və möhkəmlənməsinə töhfəsini verməlidir.

Taleh Yusifov,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun aparıcı mühəndisi,
YAP Xətai rayon təşkilatının üzvü