04 mart 2024 16:36
343

Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, bundan sonra da torpaqlarımızı qoruyacağıq

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman iqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Başçımız nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirmişdir. Görüş zamanı bir sıra məsələ haqqında danışıqlar aparılmışdır.Beləki,Azərbaycanın öz ərazi bütövlüyünü qoruması zamanı apardığı mübarizə haqq mübarizəsidir.Azərbaycanın məqsədi 30 il erməni işğalı altında qalmış əzəli torpaqlarımızı azad etmək olmuşdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik,bundan sonra da torpaqlarımızı qoruyacağıq. Prezident İlham Əliyev görüş zamanı bildirmişdir ki,beynəlxalq hüququn normaları bizim tərəfimizdədir.Ölkəmizin suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi heç bir dövlət günahlandıra bilməz.

Öz ərazi bütövlüyünü qoruyan Azərbaycan,başqa ölkələrdən fərqli addımlar atmır. Azərbaycan həmişə sülh tərəfindədir.İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi. Prezident vurğuladı ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Torpaqlarımızın 20 faizini işğal edərək,həmin əraziləri dağıdıblar,o vaxt bir milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü.

Ermənistan Xocalı soyqırımı törətdi. Ermənistanın Azərbaycana qarşı təcavüz etməsi,Xocalı soyqırımını törətməsinə beynəlxalq birlik adlandırılan Fransa,ABŞ və Rusiya həmsədrləri ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızın müdafiəsinə qalxdıqda isə təzyiq etməyə başladılar.Azərbaycan keçən ilin sentyabr ayında seperatizmə son qoyduğu zaman onlar yenə də etiraz etdilər. Biz heç bir ölkənin torpağına təcavüz etmirik,öz ərazi bütövlüyümüzü bərpa edirik,torpaqlarımızı işğaldan azad edirik,torpaqlarımızı seperatçılardan təmizləyirik. 

Azərbaycanda gedən inkişaf göz önündədir. İşğaldan azad olunmuş torpaqlarda quruculuq işləri sürətlə gedir.Azad olunmuş bölgələrimizə insanların köçürülməsinə başlanılmışdır. Bütün bunlara görə biz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə borcluyuq. Ona görə də, 7 fevral tarixində keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində xalq yekdilliklə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verdi.

Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlınski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü