28 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nünayəndə heyətini qəbul edib. Görüşün əsas mövzularından biri Azərbaycan Respublikasının ərazi bütövlüyü olub. Prezident İlham Əliyev vurğulayıb ki, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.
Azərbaycan torpaqlarının 20 faizini Ermənistan tərərəfindən 30 il işğal altında qalmışdır. Azərbaycan əvvəlcə torpaqlarını sülh yolu ilə geri qaytarmaq istədi. Beynəlxalq birlik adlandırılan Fransa,ABŞ,Rusiya həmsədrləri Ermənistanın 30 illik işğalçılığına,Xocalıda törətdiyi soyqırımına laqeyd qaldı.Ona görə də,Azərbaycan işğalda olan torpaqlarını öz gücü hesabına 44 günə azad etdi.Keçən ilin sentyabrında da torpaqlarımızı seperatçılardan təmizlədi.
Azərbaycan dövlət müstəqilliyinin əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Biz bu gün qürur hissi ilə deyə bilərik ki,dövlət müstəqilliyinin qorunması,ərazi bütövlüyünün tam təmin olunması Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında duran ən böyük xidmətlərindən biridir.
Prezident İlham Əliyev ərazi bütövlüyümüzü tam bərpa etməklə adını tarixə yazdı. İşğaldan azad olunmuş torpaqlarda gedən quruculuq işləri bizləri çox sevindirir. Azad olunmuş bölgələrimizə 30 illik vətən həsrəti ilə yanan soydaşlarımızın köçürülməsinə başlanılmışdır.Bütün bunlara görə biz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə borcluyuq. Ona görə də, 7 fevral tarixində keçirilən Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xalqımız cənab İlham Əliyevə səs verdi.
Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlınski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü