04 mart 2024 15:50
376

Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevral ayının 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.İlham Əliyev əvvəlki görüşləri xatırlayaraq belə görüşlərin keçirilməsinin hər iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafına təsirini vurğulayıb.

Alman heyətinin nümayəndəsi  qəbula görə ölkə başçısına təşəkkürünü bildirib,Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlığda maraqlı olduqlarını bildirmək olduğunu qeyd edib.Prezident İlham Əliyev iqtisadi əlaqələrin ikitərəfli münasibətlərdə mühüm rol oynadığını qeyd edərək,siyasi məsələlərə də toxundu. Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir- deyən İlham Əliyev ölkəmizin suverenliyini və ərazi bütövlüyünün təmin edildiyini qeyd edib.Cozef Borrelin Azərbaycan Ermənistana hücum edərsə,bunun acı nəticələrini görəcək ifadəsi ölkəmizə qarşı təhdid mesajıdır. Bu da Fransanın Azərbaycana qarşı anti-Azərbaycan siyasətinin bir hissəsidir.Azərbaycan bütün dünyaya ədalətli,sülhsevər,beynəlxalq hüququn normalarını qoruyan bir ölkə olduğunu artıq sübut etdirib.Atəşkəsi pozan tərəf hər zaman qonşu dövlət olub.Fevral ayında erməni snayperi tərəfindən atəşkəs pozulub,Azərbaycan əsgəri ağır yaralanıb.Təbii ki,ordumuz buna susmayıb düşmən cavab atəşi ilə susdurulub.Azərbaycan ordusu İkinci Qarabağ müharibəsindəki qəhrəmanlıqları,şücaətləri,igidlikləri,qorxmazlıqları ilə artıq bütün dünyaya səs salıb və bütün dünya artıq Azərbaycanın gücünə bələddir.

Prezident İlham Əliyev iki gün əvvəl Xocalı faicəsinin ildönümünü qeyd etdiyimizi deyərək, Xocalı faciəsinin səbəbkarlarının və onların törətdikləri vəhşiliklər barədə məlumat verdi. İndi bu faciəni, vəhşilikləri törədənləri müdafiə edirlər. Biz isə Makron,Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub,bu da Almaniya Kanslerinin ölkəmizə qarşı münasibətini göstərir.Prezident İlham Əliyev ölkələrin Cənubi Qafqazda buranın aparıcı ölkəsi,iqtisadiyyatı,ordusu güclü olan Azərbaycanla əlaqələrin güclənməsinin müsbət təsirlərinin olacağını vurğuladı.Görüş ərzində iki ölkə arasındakı iqtisadi əlaqələrin güclənməsi üçün yeni qərarların qəbul edilməsi,planların hazırlanması istiqamətində danışıqlar aparıldı.Sonda nümayəndə heyəti onları qəbul etdiyi üçün bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının “General Şıxlınski 562” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü