Xalqımıza qarşı müxtəlif dövrlərdə ermənilər tərəfindən agır cinayətlər törədilmiş və bu cinayətlər törədilərkən xüsusi qəddarlıq və əzazillik göstərilmişdir. Xocalı faciəsi xalqımıza qarşı törədilmiş ən qanlı cinayətlərdən hesab olunur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ən müasir silahlarla təmin olunmuş ermənilər rus hərbi birləşmələrinin dəstəyi ilə xalqımızın dinc, silahsız sakinlərinə qarşı amansız qətliam törətmişdirlər. Bu faciəvi gündə xalqımız 613 səhid vermiş, 487 nəfər şikəst olmuş, qadınlar, uşaqlar və qocalardan ibarət 1275 nəfər əsir götürülmüşdür.
30 ilədək dünyadan ədalət gözləyən Azərbaycan ən sonunda Müzəffər Ali Baş komandan İlham Əliyevin tapşırığı ilə ədaləti bərpa etmək adına hərəkətə keçdi və torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyevin humanistliyi ilə Qarabağ bölgəsində yaşayan dinc erməni əhali zərbə altına düşmədən və mülki infrastruktur zərər gürmədən keçirilən antiterror əməliyyatı nəticəsində işğala son nöqtə qoyuldu. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağı qaldırıldı.
32 il sonra fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalı Soyqırımı Memorialının təməlini qoyarkən Şəhidlərimizin ruhu şad oldu. Çünki günahsız Şəhidlərin qanı yerdə qalmadı. Həm də bu gün qəlbində vətən sevgisi olan hər bir Azərbaycan vətəndaş üçün tarixi gün idi. Çünki Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi, artıq çoxdan hazır olan, hətta Bakı şəhərində, Xocalı abidəsinin yanında yer belə seçilmiş olan bu layihə axır ki, öz layiqli yerini tapdı. Bəli, Cənab Prezident də bütün Azərbaycan xalqı kimi inanırdı ki, biz Xocalıya qayıdacağıq və ondan sonra Xocalıda günahsız qurbanların xatirəsini əbədiləşdirəcəyik. Belə də oldu. Biz Xocalıya qayıtdıq. Cənab Prezident İlham Əliyevin böyük müdrikliyi ve səbri ilə düzgün seçilmiş yol sayəsində dünyanın göz yumduğu ədaləti – İlahi ədaləti bərpa etdi. Cənab Prezidentin dediyi kimi - Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Qeyd etmək yerinə düşər ki, bu gün azad edilmiş bütün torpaqlarımızda geniş quruculuq işləri gedir. Biz bu torpaqların sahibləri kimi yalnız quruculuq işləri ilə məşğuluq və ermənilər tərəfindən dağıdılmış yerləri bərpa edirik.
Xocalı faciəsinə susan dünya Xocalıya ədalət çağırışına susan dünya bu gün Cənab Prezidentin yaratdığı ədalət qarşısında, onun göstərdiyi humanistlik qarşısında baş əyir. Əlbətdə bu gün yaranan bu reallıqdan, bu vəziyyətdən narazı olan qüvvələr hələdə var və lakin onlara ən gözəl cavabı Müzəffər Ali Baş Komandan vermişdir. Onun dediyi kimi: “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.
Əhəd Türkel,
İngiltərənin Derby universitetinin məzunu