04 mart 2024 14:19
423

Azərbaycan sülh prosesinə sadiqdir

Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Ali Baş Komandanın  “Qarabağ Azərbaycandır “ şüarı altında birləşən Azərbaycan xalqının əzmkarlığını, qəhrəmanlığını, birliyini  bütün dünyaya nümayiş etdirmiş olduq.  Azərbaycan dövləti  44 günlük Vətən müharibəsində  işğal  altında qalan torpaqlarını azad etməklə tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ müharibəsində qazanılmış Şanlı Qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlar azad edildi  Qarabağ münaqişəsinə son qoyuldu.

Ümummilli  Lider Heydər Əliyevin müdrikliyi  Azərbaycan dövlətinin həm siyasi,  həm iqtisadi inkişafında,  müstəqilliyin möhkəmləndirilməsi  nəticəsində  Azərbaycan  ildən ilə güclənməyə  başladı . Bu yolun uğurlu davamçısı  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycanın daha da güclənməsini  təmin etdi.

Ərazi bütövlüyünün bərpasında  düşünülmüş  güclü siyasə i  nəticəsində 30 il əsarətdə qalmış torpaqların azad edilməsi,  44 gün davam edən Vətən müharibəsi  Ali  Baş Komandan İlham Əliyevin güclü siyasətinin və şanlı Azərbaycan ordusunun  gücünü  göstərərək  ölkəmizin qələbəsi ilə başa çatmışdır. Bu gün işğaldan azad edilmış ərazilərdə quruculuq işləri sürətlə davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsabiqələrində, çıxışlarında bildirmişdir ki: Azərbaycan sülh prosesinə sadiqdir  və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir.

Bu gün ölkəmiz dayanıqlı inkişafa, möhkəm ictimai siyasi sabitliyə malik olan dövlətdir. Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlı tərəfdir. Ölkəmiz haqqın, ədalətin, sülhün tərəfdarıdır. Azərbaycan dövləti  hər zaman danışıq proseslərinə hazırdır,  sülh proseslərinə sadiqdir.

Nazilə Məmmədova,
7 saylı şəhər poliklinikası, Ailə həkim, terapevt,
YAP Xətai rayon təşkilatının üzvü