04 mart 2024 13:26
459

YAP-ın  geniş beynəlxalq əlaqələrə malik olması ölkəmizin dünyadakı nüfuzunun artmasında mühüm rol oynayır

YAP 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin ən çətin tarixi dövründə yaradılıb. Məqsəd yenicə müstəqillik qazanmış dövlətmizi həmin dövrün çətinliklərindən qorumaq və iflas həddinə çatan ölkəmizi xilas etmək idi. Ötən on illiklər ərzində YAP bu şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Partiyamızın inkişafında yeni mərhələnin başlanğıcı  2021-ci il 5 mart tarixli VII qurultayında qoyuldu. İndi YAP-ın Azərbaycan cəmiyyətindəki artan nüfuzu, eyni zamanda, beynəlxalq aləmdə genişlənir. Öncə onu qeyd edək ki, partiynın VII qurultay Azərbaycanın özünün yeni tarixi inkişaf mərhələsinə daxil olduğu bir dövrdə baş tutmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycan bu illər ərzində güclü iqtisadiyyata, orduya malik olan rifah dövlətinə çevrilmiş, regionda və dünyada etibarlı tərəfdaş, müasir, inkişaf edən, multikultural ölkə kimi tanınmışdır.
İkinci Qarabağ Müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Qarabağ Zəfərinin bölgədə yaratdığı yeni reallıqlar ölkəmizin regionun lideri statusunu təsdiqlədi və möhkəmləndirdi. İqtisadi və siyasi müstəqilliyini gündən-günə gücləndirən Azərbaycanın xarici tərəfdaşlarının sayı da durmadan artır, ən aktual, qlobal əhəmiyyət daşıyan problemlər, məsələlərlə bağlı ölkəmizin, onun rəhbərliyinin mövqeyi aparıcı dövlətlərin və beynəlxalq təşkilatların marağına səbəb olur.

Önəmli faktdır ki, partiyamızın artan nüfuzu və genişlənən xarici əlaqələri  dövlətimizin xarici siyasətinin uğuruna dəstək verir. Partiyanın VII qurultayında qəbul olunan struktur dəyişiklikləri, yeni Nizamnamə və YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiqedilmiş partiyanın yeni Proqramı Azərbaycanın aparıcı siyasi qüvvəsi olan YAP-ın yeni daxili və xarici stuasiyaya uyğunlaşması, zamanla ayaqlaşması baxımından olduqca mühüm addımlar olmuşdur.

Ölkəmizdə olduğu kimi, beynəlxalq səviyyədə də xeyirxahlıq, humanizm simvolu, tərənnümçüsü kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qurultaydan sonra partiya sədrinin birinci müavini təyin olunması YAP-ın beynəlxalq nüfuzuna və imicinə müsbət təsir göstərmişdir.

Bundan başqa, bu siyasi təşkilatın xarici əlaqələrinin genişləndirilməsi yönündə mühüm səfərlər, tədbirlər baş tutmuş, sənədlər  imzalanmışdır. Partiyamız ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci il iyun ayının 2-də imzalanmış əməkdaşlıq protokolu ilə yeni mərhələyə qədəm qoydu. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən iləyani və videoformatda konfranslar keçirilmiş, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Partiya liderləri arasında olan dostluq münasibətləri AK partiya və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. 
Eyni zamanda, ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş və oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur. 29 noyabr 2021-ci ildə isə YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak etmişdir. Eyni zamanda, YAP-ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da  hakim partiyaları ilə əlaqələri mövcuddur. 
YAP Asiya regionunda  350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir. Eyni zamanda, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini sürdürür.
Hal-hazırda istər ikitərəfli müasibətlərdə, istərsə də iştirak etdiyi beynəlxalq tədbirlərdə YAP mütəmadi olaraq Azərbaycan həqiqətlərini, Qarabağın dirçəldilməsi yönündə görülən işləri təbliğ edir, hərtərəfli, dayanıqlı inkişaf, multikulturalizm, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması, COVİD-19 pandemiyası və onun sosial-iqtisadi nəticələri ilə uğurlu mübarizə, ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid və digər aktual mövzularda ölkəmizin təcrübəsini bölüşür. Bir sözlə, beynəlxalq nüfuzu artan, xarici əlaqələri genişlənən YAP ölkəmizin milli maraqlarının müdafiə və təmin olunmasına öz töhfələrini verməkdədir.
Partiyamızın Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Bütün bu müsbət faktlar təbii ki, həm partiyamızın, həm də ölkəmizin dünyadakı mövcud nüfuzunun  artmasında önəmli rol oynayır.

Nazimə Şamıyeva,
YAP Füzuli  rayon təşkilatının sədri