29 fevral 2024 16:07
374

İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başcısı kimi 20 illik fəailiyyəti dövründə müstəqil ölkəmiz zirvələrdən-zirvələrə yüksəlib. 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin olundu.2023-cü ilin 19-20m setyabrında isə Qarabağda keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa edilib.

2024-cü ilin 26 fevralında – 32 il sonra cənab Prezident Xocalı şəhərində Xocalı soyqırımı Memorialının təməlini qoymuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Cənab Prezident çıxış edərkən 32 ildən sonra doğma torpaqlarımıza qayıtmağımızı, ilk dəfə Xocalı faciəsinin qurbanlarının xatirəsinin elə Xocalıda anılmasını və onların xatirəsini əbədiləşdirmək üçün 26 fevral günündə neçə-neçə qoca, cavan, uşaq və qadının dözülməz işgəncələrlə öldürülməsinə şahidlik etmiş Xocalıda memorial kompleksin təməlinin qoyulacağını söyləmişdir.

Daha sonra cənab Prezident qeyd etmişdirki, Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır və Azərbaycan xalqı bu qanlı fəciəni heç vaxt unutmayacaq.

Ermənistan dövləti 32 il bundan əvvəl qanlı faciəni törədərək 613 nəfəri vəhşicəsinə öldürmüş, 150 insan itkin düşmüş, 100-dən çox qadın, 70 yaşlı insan bir gecədə xüsusi amansızlıqla qətlə yetirilmişdir.

Prezident təəssüflə qeyd etmişdir ki, “Xocalıya ədalət” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bu faciəni soyqırım kimi tanıdı. Bu siyahıda böyük ölkələrin adı yoxdu. “Xocalı soyqırımı”nı dünyaya tanıtmaq üçün Heydər Əliyev Fondu xüsusi səy göstərmiş, xarici ölkələrdə tədbirlər təqdimatlar keçirmiş, sərgilər təşkil etmiş, videoşarxlar hazırlamış kitablar, məqalələr çap etmişdir.

Eləcə də Azərbaycan dövləti, dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, ictimai təşkilatlarımız Xocalı soyqırımını bütün dünyaya Tnıtmaq, erməni vəhşiliyini sübuta yetirmək üçün əllərindən gələni edirlər: Xocalı həqiqətləri haqqında videomateriallar hazırlayır, sənədli filmlər çəkirdilər. Lakin mənfur düşmənin arxasında duranlar bu məsələnin açılmasını istəmir, onları müdafiə edirlər. Buna görə də, hələ erməni faşistlərini beynəlxalq məhkəməyə verib cəza verdirə bilməmişik. Amma o gün də uzaqda deyil...

Görüşdə cənab Prezident onu da vurğuladı ki, Xocalısız ərazi bütövlüyündən danışa bilməzdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi.

Esmira Uzakova,
Bakı şəhəri, Xətai rayonu M. Hacıyev adına 116 saylı tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü