27 fevral 2024 16:39
406

Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanlarında alındı

"Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın". Bu  fikirləri Ali Baş Komandan, Prezident İlham Əliyev fevralın 26-da Xocalıda xocalılarla  görüşündə bildirib.

Bəli, Xocalının işğaldan azad edilməsi onun təsdiqidir ki, Azərbaycan güclü dövlətdir və xocalıların qisası alındı. Bu soyqırımı törədənlər isə hələ də tam olaraq cəzalandırılmayıblar. Lakin  o gün də uzaqda deyil və bu istiqamətdə də hərbi və siyasi uğurlarımız öz məntiqi sonluğuna çatacaqdır.

 XX əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsindən 32 il keçir. 613 insanın vəhşicəsinə qətlə yetirildiyi, 150 insanın itkin düşdüyü, 1000-dən çox insanın girov götürüldüyü, 60-dan çox uşaq, 100-dən çox qadın, 70 nəfər yaşlı insanın bir gecə içində erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir. Azərbaycan xalqı heç vaxt bu qanlı cinayəti unutmayacaq.

2024-cü ilin fevraılın 26-da ilk dəfə olaraq Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi onların doğma şəhərində, faciənin baş verdiyi yerdə anılıb. Həmin gün Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub. Ermənilərin Xocalı soyqırımı kimi bəşəri cinayətlərindən keçən 32 ildən sonra artıq azad Xocalıya qayıdırıq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli Ordumuzun, xalqımızın milli  birliyinin nəticəsidir. Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Ali Baş Komandanımız demişdir: «Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı.»

Prezident İlham Əliyevin vurğuladığı kimi, təssüflər olsun ki, hələ də  «Xocalıya ədalət!» çağırışımız beynəlxalq ictimaiyyət tərəfindən cavabsız qaldı. Bir çox beynəlxalq təşkilatlar bu faciəyə biganəlik nümayiş etdirdilər. Ötən müddət ərzində Azərbaycan dövləti, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, Heydər Əliyev Fondu və ölkəmizin bir sıra ictimai təşkilatları Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdilər. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış «Xocalıya ədalət!» kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərdi, bir çox tədbirlər, təqdimatlar həyata keçirildi, kitablar, məqalələr dərc edildi, sərgilər təşkil olundu. Bu qanlı cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bir çox səylər göstərildi. Görülən işlər nəticəsində artıq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanıdı, lakin bu ölkələrin arasında hələ də böyük dövlətlərin adlarına rast gəlinmir.

Bəli, bu gün Xocalı soyqırımını görməzdən gəlmək bəşəri cinayətlərə haqq qazandırmaq qədər riyakarlıqdır.  Bu həm də o Ermənistan kimi avantürist və barbar ölkəyə dayaq olmaq deməkdir. Lakin İkinci Qarabağ müharibəsində dünya gördü və anladı ki, Azərbaycan dövləti işğalçı Ermənistanı necə diz çökdürdü. Yəni, qiasa qiyamətə qalmadı. Ölkəmizin başçısı fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu barədə deyib: «Bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır. Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin.»

Azərbaycanın hərbi qüdrəti kimi, iqtisadi qüdrəti də imkan verir ki, işğaldan azad edilmiş rayon və kəndlərdə tikinti -quruculuq işləri sürətlə davam etsin. Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirillir, keçmiş məcburu köçkün ailələri tədricən  öz döğma yurdlarına qayıdırlar. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir, evlər və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada da bərpa işlərinə başlanılıb. Prezident bu haqda deyib: «Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb».

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri