23 fevral 2024 16:47
366

Azərbaycan tək deyil,Türkiyə Azərbaycanın yanındadır

Bütün Azərbaycan ictimaiyyəti kimi məndə Prezidentimizin bütün səfərlərini diqqətlə izləyirəm. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yeniden prezident seçiləndən sonra ilk dəfə qardaş Türkiyəyə səfəri bütün dünya ictimaiyyəti üçün sensasiyaya səbəb oldu.İlk səfərində Türkiyəni seçməyi bir daha sübüt etdi ki, Azərbaycan Türkiyə qardaşlığı sarsılmaz və əbədidir.  

İki qardaş dövlətin başçılarının fevralın 19-da qarşılıqlı görüşü zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Bunlardan biri də Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Memorandum imzalanıb. Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması iki ölkə arasında təhsil sahəsində yeni əməkdaşlığın əsasını qoyacaq.

44 günlük  Vətən müharibəsində də qardaş Türkiyənin hərtərəfli dəstəyi Qələbəyə inamı daha da artırdı. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin “Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi.Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”-sözləri böyük dəstəyə verilən qiymətdir.

İki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Bütün bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Eyni zamanda istər təhsil, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istərsə də humanitar sahədə birgə reallaşdırdığımız layihələr, birlikdəatılan addımlar bizi bir-birimizə daha da yaxınlaşdırır.Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə və dünya üçün də mühüm əhəmiyyət kəsb edir.

Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün də başlıca şərtdir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bunun təcəssümüdür.

Azərbaycan–Türkiyə qardaşlığının nümunəviliyinin ifadəsi baxımından qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtilə səsləndirdiyi dəyərli fikir var: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə bахır”.

Sevinc Rəhmanova,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 86" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü