23 fevral 2024 23:58
460

Hindistan hay-boşa qaraçılarını uçuruma itələyir

Amma qoy Hayastan unutmasın ki...

Müasir dövrdə özünün ağıllı siyasətçiləri ilə deyil, daha çox məzhəkəçi kino aktyorları ilə tanınan və yüz illər boyu başqa dövlətlərin qapazaltısı olan Hindistan öz sərhədlərini düz-əməlli qoruya bilmədiyi halda Ermənistana qahmar çıxıb. El arasında buna deyirlər ki, “tısbağa özü yeriyə bilmir, xalası oğlunu da belinə şəlləyib.” Görünür, Hindistanın ağılda haylara bərabər siyasətçiləri "yetişdirib" dünyanın canına salışdırdıqları öz qaraçılarına himayə göstərməyi qərara alıblar. Tarixi məlumatlara görə, haylar Hindistan qaraçılarının bir qoludur və özlərini hay-ara-boşa adlandırırlar. Bunlar heç utanıb-qızarmadan özlərini dünyanın ari milləti də hesab edirlər. Amma hansı özünü o birisinə “calaq” edib bunu hələ dəqiq söyləyən yoxdur. Yoxsa Hindistan hara, Hayastan hara?

Yəqin bu səbəbdəndir ki, Hindistan işğalçı Ermənistanın arxasında durur. Makron Fransasının ardınca rəsmi Parisin hərbi-siyasi fitnəsinə uyğun olaraq Hindistan Ermənistanı silahlandırmaq prosesində canfəşanlıq edir. Ancaq hər iki ölkənin düşmənçilik hərəkətlərinə Azərbaycanın müşahidəçilik etməyəcəyi məlum məsələdir. Ölkəmizin dəfələrlə etirazlarına, Ermənistanın silahlandırılmasının regionda gərginliyi artıracağı ilə bağlı xəbərdarlıqlarına baxmayaraq Fransa və Hindistanın Hayastana silah tədarükü davam etməkdədir.

Hindistan bu arada daha “cəsarətli” görünür. Ermənistanla siyasi əlaqələri gücləndirməklə yanaşı, sazişlər imzalanan kimi İrəvana bir sıra silahlar tədarük edildi. Yeni havadar istehsal etdiyi “Svati” radar sistemləri, “Pinaka” reaktiv yaylım atəş sistemi, MArG 155 təkərli özüyeriyən haubitsalar, ATAGS topları, “Zen” Antidron sistemləri, “Akaş” ortamənzilli yer-hava HHM sistemi, “BrahMos” qanadlı raketləri, “Pralay” yaxınmənzilli ballistik raketi Ermənistana verdi. Bütün bunlar azmış kimi həmin silahların tətbiqinin öyrədilməsi üçün təlimatçılar qrupu da Ermənistana göndərilir. Bununla bərabər, Hindistan hətta dron əleyhinə hələ sınaqdan çıxarmadığı və öz arsenalına qəbul etmədiyi silahları da Ermənistana tədarük etməyə başlayıb. Bu, nə tələskənlikdir görəsən?

Dediyimiz kimi, buna qarşı Azərbaycanın cavab tədbirləri görəcəyi gözlənilən idi. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin və oğlu Heydər Əliyevin iştirakı ilə “Akıncı” PUA-larının artıq ordumuzun arsenalında olduğu nümayiş etdirilib. Əlbəttə ki, bu, həm də bizə qarşı olanlara siyasi mesaj idi. Bunun ardınca isə Azərbaycanın Pakistanla müasir qırıcı alınması üçün 1,6 milyardlıq irihəcmli hərbi saziş imzaladığı haqqında məlumat yayıldı. Saziş Azərbaycanın JF-17C Blok-III qırıcılarının, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş ləvazimatlarının alınmasını nəzərdə tutur. JF-17 “4+” nəsil qırıcı hesab olunur, lakin beşinci nəsil avionika və silahlardan istifadə edir. JF-17 qırıcı-bombardmançıları F-16-ların analoqu hesab edilir. Qırıcılar Pakistan-Çin birgə istehsalıdır. Görünür, Pakistanın bu qırıcıları Azərbaycana sata bilməsi üçün Pekinin razılığı alınıb. Rəsmi Pekinin Azərbaycana hansı münasibət göstərdiyi isə 7 fevral 2024-cü il seçkiləri günü açıq göründü. Seçki məntəqələri bağlandıqdan və “ekzit-poll”un nəticələri elan ediləndən dərhal sonra Çin lideri Si Szinpin İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. Bu, Çin tərəfindən indiyədək çox nadir hallarda müşahidə edilən bir jest idi.

Qeyd edək ki, Azərbaycan JF-17-lərin ilk versiyasını deyil, daha təkmilləşmiş JF-17C "Blok-3” modellərini alır. 2011-ci il modellərindən fərqli olaraq, bu versiyada dəbilqədə quraşdırılmış ekran və görmə sistemi, müasir avionika, AESA radar, yeni mühərrik, iki oturacaqlı pilot kabinəsi kimi bir çox yeni funksiyalara malikdir. Sürəti isə maksimal həddədir. Bu versiyanın kütləvi istehsalına 2020-ci ildə başlanılıb, yəni ən son istehsaldır.  Yeni versiyada təyyarənin informasiya mübadiləsi imkanları və silahları gücləndirilib, həmçinin aktiv elektron skan radarından istifadə edilir. Bu sistem döyüş zamanı daha çox informasiya toplamaqla təyyarənin daha uzaq məsafəyə nəzarət etməsi və eyni zamanda çoxsaylı hədəfə hücum etməsinə imkan verir. Yenilənmədən sonra JF-17 “Blok 3” F-16-ların təkmilləşdirilmiş versiyaları ilə uzlaşır. Ancaq onun əsas üstünlüklərindən biri texniki xidmət baxımından F-16-lardan iki dəfə ucuz olmasıdır. Təxmini qiyməti 25 milyon dollara qədərdir. Bu təxminlə Azərbaycanın Pakistanla imzaladığı saziş əsasında ordumuzun hərbi hava qüvvələrinin tamamilə güclənəcəyini söyləyə bilərik. Digər məsələ isə JF-lərin idarəedilməsi və texniki xidmətin yerli hərbçilərə öyrədilməsinə görə Pakistan hərbçilərinin ölkəmizə gəlmək ehtimalıdır. Təbii ki, Ermənistanda dron uçurtmaq üçün gələn hind zabitləri qarşılarında “4+” nəsil qırıcılara xidməti tədris edən Pakistan hərbçilərini görəcəklər. Bu, həm də Prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə andiçmə mərasimindəki verdiyi mesajların tərkib hissəsidir. Azərbaycan nüvə gücü olan strateji müttəfiq və qardaş ölkə Pakistanla münasibətləri artıq ən yuxarı səviyyəyə qaldırmaqla cidd-cəhdlə bizim regiona soxulmağa çalışanlara növbəti cavabını verir. Şübhəsiz ki, belə cavablar davamlı olacaq. Bizim üçün fərəh doğuran odur ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra Pakistan ölkəmizi tanıyan ilk dövlətlərdən biridir. Biz həmişə pakistanlı qardaşlarımızdan isti və doğma münasibət görmüşük. Onlar həmişə Azərbaycana öz kömək əllərini uzatmağa hazır olduqlarını bildiriblər. Qardaş ölkə Birinci və İkinci Qarabağ müharibələrinin gedişində Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməyib.

Qoy Hayastan unutmasın ki, daim Azərbaycanın yanında olan nəhəng Pakistan onu bir dövlət kimi saya almır. Bunun isə nə demək olduğunun hesabını cırtdan dövlətin özü çəksin...

Vəli İlyasov, "İki sahil"