22 fevral 2024 15:45
370

Türkiyə bu gün dünya çapında söz sahibidir

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın dəvətilə qardaş ölkədə rəsmi səfərdə oldu. Ankarada keçirilən görüşdə Prezident İlham Əliyev Türkiyənin dünya miqyasında artan nüfuzundan danışaraq deyib ki, Türkiyə bu gün dünya çapında söz sahibdir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və sabitliyin qarantıdır.

Dövlət başçımız bildirib ki, beynəlxalq təşkilatlarla bağlı öz addımlarımızı atacağıq və bizim üçün əsas olan Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Çünki bizim üçün əsas olan beynəlxalq təşkilatdır və ailəmiz türk dünyasıdır. Türk dünyasının birləşməsi ortaq köklərə sahib olan xalqların birliyidir.

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü keçiriləcək və bu, türk xalqlarının işinə güclü təkan verəcəkdir. 2020-ci il 44 günlük 2-ci Qarabağ müharibəsində Türkiyə Azərbaycanın yanında oldu. Siyasi və mənəvi dəstəyini əsirgəməyən Türkiyə sübut etdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan hadisələrin reallığını ortaya qoyaraq dərin diplomatiyası ilə bir çox ölkələri müdaxilə etməkdən kənarda qoydu. Və bu Türkiyənin mövqeyinin güclü olduğunu və dünya çapında söz sahibi olduğunu göstərir.

Bahar Vəliyeva,
YAP Xətai rayon təşkilatının “ Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü