14 fevral 2024 00:24
325

Erməni lobbisinin maşası olan Qənimət Zahidi göynədən nədir?

Son vaxtlar, xüsusilə də respublikamızda növbədənkənar prezident seçkiləri elan olunandan bu yana anti-Azərbaycan dairələrin ölkəmizdəki və xaricdəki “təsir agentləri”nin fəallaşmaları diqqəti cəlb etməyə bilməz. Radikal müxalifət düşərgəsinin əsas təmsilçilərindən olan, seçkilərdə xalqdan, cəmiyyətdən dəstək ala bilməyəcəklərini əvvəlcədən bildiklərinə görə “boykot” yolu tutan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Gültəkin Hacıbəyli  və onların qrant ortağı olan Qənimət Zahid bu mənada daha çox diqqəti cəlb edirlər.

Bu idrakı sönük marginal qrupun ən fəal üzvlərindən olan Q. Zahid “Azərbaycan saatı” internet tv-də fevralın 7-də respublikamız üçün mühüm tarixi əhəmiyyət kəsb edən, ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilən seçkilərə qara yaxmaq üçün ən alçaq vasitə və metodlardan istifadə edir. Bu yaxınlarda xarici ölkələrdə sığıncaq taparaq Azərbaycan əleyhinə əxlaqsızcasına “qara piar” kampaniyası aparan Arif Şahmarlı, Leyla və Arif Yunuslar, Çingiz Sultansoy vəs. ilə birlikdə Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi (ASİMKOM) adlı təşkilat yaradan Q. Zahid xaricdəki ağalarının əmr və sifarişlərini, necə deyərlər, “layiqincə” yerinə yetirmək üçün özü kimi milli satqınları da bu çirkin işlərə cəlb edir. Mental çürümə xəstəliyinə mübtəla olan bu üzdəniraqlar sosial şəbəkələrdə israrla bəzi beynəlxalq təşkilatları və ayrı-ayrı dövlət başçılarını seçkilərin nəticələrini tanımamağa çağırışlar edirlər. Sosial şəbəkələrdə uğursuz antimlli “virtual tamaşalar” düzənləməkdə mahir olan Q.Zahidin bu günlərdə Arif Yunus, Elçin Abdullayev, Rauf Mirqədirov kimi satqınlarla “dialoqlar”ı bu xəyanətkar zümrənin xarici anti-Azərbaycan dairələrin diktəsi ilə hərəkət etdiklərini bir daha təsdiq edir.

Məsələ burasındadır ki, A.Yunusla seçkilərlə bağlı “analizləri” şəxsi ambisiyaları naminə milli dəyərləri tapdalayan Q. Zahidin əsl simasını bir daha ortya qoydu. Açıq-aşkar göründü ki, Q. Zahid Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik etməsini və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulamasını heç cür həzm edə bilmir.  O da bəlli oldu ki, telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektlərinin, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinin geniş müzakirə olunması, Şarl Mişelin nəqliyyat və kommunikasiyalar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulaması da ermənipərəst dairələrin daha böyük qrantlarına diş qıcayan Q. Zahidin əsəblərini tarıma çəkib.

Təbii ki, Q.Zahid kimi satqının milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxması, eləcə də sosial şəbəkələrdəki antimilli çıxışları cəmiyyətimizdə istehza ilə qarşılanır, insanlarda ikrah hissi doğurur. Şübhəsiz, anti-Azərbaycan şəbəkənin maşaları, quyruqbulayanları, yallananları bütün bunlarla heç nəyə nail ola bilməyəcəklər. Öz cılız ambisiyalarını, məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayaraq erməni lobbisinin mənafelərinə xidmət edən məlum dağıdıcı ünsürlər iflasa uğrayaraq tarixin zibilliyinə gömüləcəklər. Görünən odur ki, Azərbaycanın uğurları  Q.Zahidi və onun “əqidədaşlar”ını hələ çox göynədəcək…

Zahid Rza, “İki sahil”