07 fevral 2024 23:59
265

Qərbin Azərbaycandakı rezidenti seçkiləri pozmaq tapşırığı alıb

Bir qədər əvvəl mətbuat Qərblə bağlı şəbəkənin Azərbaycanda seçki günü genişmiqyaslı pozuculuq və gözdənsalma kampaniyasına hazırlaşması ilə bağlı xəbərlər verirdi. O da vurğulanırdı ki, bu "işin" Qərb dövlətlərinin Azərbaycandakı rezidentlərinin vasitəsi ilə yerinə yetirilməsi planlaşdırılıb.

Məlumata görə,  "ev tapşırıqlarını" həmişə yerinə yetirməyə çalışan AXCP sədri Əli Kərimli bu məsələ ilə bağlı  "Azadlıq" qəzetinin əməkdaşlarına "operativ əməliyyat tapşırıqları" da verib. Əsasən, Kərimlinin tapşırığına görə onlar seçki məntəqələrinə gedib hər hansı bir qarşıdurma yaratmalı, səs-küy salmalı, səsvermə prosesini pozmağa çalışmalıdırlar. Buna görə də qurulmuş ssenariyə əsasən  qanunsuz əməllərlə səsvermə qutuları yanında şuluqluq salıb qarşıdurma yaratmaq və sonra video çəkib neqativ görüntülər paylaşmalıdırlar.

Bildirildiyinə görə, digər bir variantda Əli Kərimli və onun dəstəsi ilk olaraq seçki məntəqələrin qarşsında qalmaqal yaratmağa cəhd etməyi planlayıblar. Məqsəd isə odur ki, onların bu hərəkətinə müdaxilə olunsun və desinlər ki, bizi içəri buraxmırlar. Bu plan baş tutmasa, onlar içəri daxil olub, məntəqənin daxilində prosesi pozmağa cəhd edəcəklər. Şübhəsiz ki, xaricdəki ağaları belə çirkin əməli törətmək tapşırığını verdikləri Əli Kərimliyə külli miqdarda pul vəd ediblər. Bilirlər ki, "yaşıl" görəndə rezidentin ağlı başından çıxır və komanda ilə idarə olunan robota çevrilir.

Ancaq seçki məntəqələrində təhlükəsizliyi asayişi qorumaq bütün Azərbaycan vətəndaşlarının borcudur. Çünki seçici səsinə hörmətsizlik, belə mühüm kampaniyanı pozmaq bütövlükdə xalqımızın rəyinə, iradəsinə əks getməkdir. Görək AXCP sədri buna cəsarət edəcəkmi?

V.Yusifoğlu, "İki sahil"