24 noyabr 2023 02:57
295

İt quduranda sahibini də qapır

Yaxud, erməni xəyanəti dünən və bu gün

XIX əsrdə yaşamış fransız səyyahı qraf Arman Pyer de Şölye ermənilər barədə deyirdi: "Mən onlarla heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur". Tarix boyu ermənilər həmişə şərə qulluq ediblər, əllərinə fürsət düşən kimi düşmənçilik toxumu səpiblər, başqasının torpağına göz dikiblər, ağalarının qarşısında kölə, qul olublar, yüz illər keçsə də bu çirkin niyyətlərindən əl çəkməyiblər. Paxıl, xəbis, yalançı, qorxaq erməni doğulan körpəsinin qulağına pıçıldayır ki, türk sənin düşmənindir, onların məktəbi də, kilsəsi də, cəmiyyəti də belə sərsəm fikirlərin girovuna çevrilib. Həyat onu göstərdi ki, harada erməni varsa, orada fitnə-fəsad, xəyanət və satqınlıq var. Tarixin son iki yüzilliyinin səhifələrinə ermənilərin adı xəyanətkar, hiyləgər, satqın, yalançı, başqasının əlində alətə çevrilən, saxtakar və uydurmaçı, işğalçı, terrorçu, sözündən, boynuna götürdüyü öhdəlikdən qaçan bir toplum kimi həkk edilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi saysız-hesabsız cinayətlər haqqında isə arxivlərdə istənilən qədər faktlar var.

1988-ci ildən başlayaraq Qarabağda baş verən proseslərin, ermənilərin çörəyini yediyi, suyunu içdiyi torpağa xəyanətinin, azərbaycanlılara qarşı törətdikləri cinayətlərin şahidi olmuşuq. Əslinə qalsa, bu xəyanət ermənilərin Qafqazda məskunlaşdıqları müddət ərzində ilk təcrübə deyil. Ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında məskən salmış ermənilərin ilk müstəqil dövlətlərinə rəhbərlik edən daşnaklar da üzü Avropaya dönməyə cəhd göstərmiş və fiaskoya uğramışdılar. Vəziyyət o həddə çatmışdı ki, türkü özünə bir nömrəli düşmən seçmiş “Daşnaksütyun” liderləri Atatürk Türkiyəsinə müraciət edərək bolşevik Rusiyasına qarşı silahlı dəstək istəmişdilər.

Əvvəl Rusiya imperiyası, sonra sovetlərin arxasında daldalanan ermənilər formal müstəqillikləri illərində, xüsusilə Xocalı qatilləri Robert Koçaryanın və Serjik Sarkisyanın hakimiyyətləri dövründə Moskvanın sadiq forpostu rolunun mahir ifaçısı qismində çıxış ediblər. O həddə ki, hətta Rusiyanın rəsmi şəxsləri İrəvanın Moskvanın Qafqazdakı “etibarlı forpostu” olduğunu bəyan etməkdə bir qəbahət görmürdülər. Bu vaxtdan etibarən ermənilər Rusiyanın borc müqabilində Ermənistanın olan-qalan infrastrukturunu əlindən aldığını və əvəzində heç nə vermədiyini dərk edib altdan-altdan Qərblə gizli sövdələşməyə start verdilər. ABŞ-ın ən böyük səfirliklərindən biri İrəvanda məhz bu dövrdə tikildi. Hazırda ruslar da anlayırlar ki, özlərinin ən çətin anlarında ermənilər onlara arxadan zərbə vurmaqla məşğuldurlar. Ukraynaya qarşı apardıqları müharibə səbəbilə bütün dünyadan, daha doğrusu, Qərb dünyası tərəfindən sərt münasibətlə qarşılaşan Rusiya öz hərbi-siyasi blokunda Ermənistanı görmür. Ermənistan xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindən, sonrakı 3 illik hərbi əməliyyatlardan və ən nəhayət, 19-20 sentyabr 2023-cü il tarixində aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra özünün siyasi fəaliyyət oxunu tamamilə Qərbə tuşlamaqla məşğuldur. Avropanın siyasi paytaxtı olan Brüsseldə 9-10 noyabr 2023-cü il tarixində keçirilən “Ermənistanın strateji gələcəyi: Avropa” adlı forumda səslənən çağırışlar Ermənistanın Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyünü nəzərdə tutur. Lakin ermənilər anlamırlar ki, Gürcüstanın bənzər çağırışlarla atdığı addımlar 2008-ci ilin avqustunda “5 günlük müharibə”də az qala Tiflisin işğalı ilə nəticələnirdi, daha sonra Rusiya Abxaziya və Şimali Osetiyanı müstəqil dövlət olaraq tanıdı. Gürcüstan bu gün Aİ-yə və NATO-ya üzv olarsa, həmin psevdo-dövlətlər Rusiyaya “referendumla” ilhaq olunacaqlar. Ukraynanın da bənzər çağırışları və addımları 2014-cü ildə Krımın Rusiyaya ilhaqı, 2022-ci ildən bəri isə məlum müharibə və Donbasın işğalı ilə nəticələndi. Qərb vaxtilə Osmanlıya qarşı etdiyi kimi, bu gün də Rusiyaya qarşı öz maraqlarını təmin etmək, Rusiyanı sıxışdırmaq naminə ermənilərdən istifadə edir. Ermənistan da Qərbin “yağlı vədləri” fonunda KTMT-dən uzaqlaşır. Artıq bunu rəsmi şəkildə dilə gətirir və hətta həmin təşkilatın lazımsızlığını sübut etməyə çalışırlar. Adətən dövlət başçılarının görüşündən əlavə, təşkilata üzv ölkələrin Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərlərinin, eləcə də Təhlükəsizlik şuralarının katiblərinin ayrıca görüşləri keçirilir. Bu gün Belarusun paytaxtı Minsk şəhərində keçirilən KTMT iclaslarında Ermənistandan heç kimin, xüsusilə də xarici işlər naziri Ararat Mirzoyanın və müdafiə naziri Suren Papikyanın iştirak etməməsi qeyd olunanları təsdiqləyir desək yanılmarıq. Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan da dekabrda keçiriləcək KTMT tədbirində iştirak etməyəcək. Bir vaxtlar KTMT üzvü olmaları ilə qürrələnən erməni “başbilənləri” bu gün artıq həmin təşkilatı məsxərə obyektinə çevirərək tənqid edirlər. Belə ki, Ermənistan müdafiə nazirliyinin rəsmi “Teleqram” kanalında Ermənistanın KTMT-dən faktiki olaraq çıxmasının, birgə tədbirlərdə, toplantı və təlimlərdə iştirak etməməsinin həmin təşkilatın faydasızlığını daha dolğun göstərəcəyinə “inam” nümayiş olunub. Həmin məlumatda Ermənistanın KTMT-də yer almasının hələ də böyük anlaşılmazlıq olduğu və gülünc doğurduğu bildirilib. Belə bir yaxşı Azərbaycan atalar sözü var: “İt quduranda sahibini də qapar”. Görünən odur ki, Ermənistanı KTMT-nin “sarsılmaz qardaşlığı”na və bir zamanlar “böyük qardaş” dediyi Rusiyaya xəyanət etməyə “cəsarətləndirən” məhz elə Qərbin diktəsi, “yağlı vədləri”dir.

Sevinc Azadi, “İki sahil”