22 noyabr 2023 14:52
371

Yaxın gələcəkdə doğma torpaqlarına qayıdan kəlbəcərliləri firavan həyat gözləyir

1993-cü il aprelində Ermənistanın ordusu tərəfindən  işğal edilən Kəlbəcər rayonu 2020-cilin sentyabrın 27-də başlayan və 44 günə şanlı Qələbəmizlə bitən İkinci Qarabağ müharibəsindən sonra bir güllə atılmadan işğalda azad edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.

Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa  Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.

Azərbaycanın Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri kimi tanınır. Buradakı mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu və s.

Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefri-toidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və təzahirlər aşkar edilib.

Hazırda işğaldan azad edilmiş ərazilərdə təmir-bərpa işləri sürətlə davam etdirilir. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva davamlı olaraq işğaldan azad olan rayonlarda olaraq oradakı tikinti-quruculuq işləri ilə tanış olurlar

Hazırda Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev 5 dəfə Kəlbəcər rayonunda səfərdə olmuş və çoxsaylı təməlqoyma və hazır olan obyektlərin açılış mərasimlərində iştirak etmişdir. İşğaldan azad edilmiş hər bir ərazidə olduğu kimi Kəlbəcərdə də həyata keçirilən quruculuq işləri Prezident cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Sakinlərin öz doğma yurd-yuvalarına qayıdaraq rahat yaşamaqları üçün rayonda lazımi infrastruktur yaradılır. Belə ki, son ik ildə dövlət başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfərlərində “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin  5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. Kəlbəcərdə bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq. Eyni zamanda, el suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilib, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.

Bütün bunlar bir daha göstərir ki, yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdan kəlbəcərliləri xoş günlər gözləyir. Bu Böyük Qayıdışla onlar nəinki Vətən həsrətlərinə son qoyacaqlar, həmçinin burada firavan həyatlarına yenidən  qovuşacaqlar.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri