20 noyabr 2023 17:51
232

Azərbaycan Kuboku: II təsnifat mərhələsinin cütləri müəyyənləşib

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, I raundun oyunlarından sonra növbəti mərhələdə 22 komanda 11 cüt formalaşdırıb.

Onlardan 7-si I təsnifatdan gələn II Liqanın, digərləri isə I Liqanın bütün təmsilçiləri və Premyer Liqanın 5 iştirakçısıdır.

II təsnifat mərhələsi

“Şəfa” - “Səbail”

“Zaqatala” - “Şamaxı”

“Turan Tovuz” – “Göygöl

“Araz-Saatlı” - “İrəvan”

“Kür-Araz” - “Araz-Naxçıvan”

“İmişli” - “Mingəçevir”

“Lerik” - “Sumqayıt”

“Karvan” - “Difai Ağsu”

“Şahdağ Qusar” - “Qaradağ Lökbatan”

“Kəpəz” – “Baku Sportinq”

MOİK – “Cəbrayıl”

Qeyd edək ki, II raundun oyunları noyabrın 28-30-da baş tutacaq.