09 sentyabr 2026 22:58
80

Rodriqo Bekan "Rodina"ya icarəyə verilib

Türkiyənin "Fənərbağça" klubu müdafiəçisi Rodriqo Bekanı Rusiyanın "Rodina" komandasına icarəyə verib.

“İki sahil” xəbər verir ki,  bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı oyunçunun icarə müddəti cari mövsümün sonuna qədər olacaq. Qeyd edək ki, Rodriqo Bekan son olaraq icarə əsasında "Kasımpaşa"da çıxış edib.