09 sentyabr 2026 23:41
84

Kataloniya klubu rəqibini 5:1 hesabı ilə məğlub edib

“Barselona” UEFA Çempionlar Liqasında “Feyenoord” üzərində böyükhesablı qələbə qazanıb.

“İki sahil” xəbər verir ki,  Kataloniya klubu rəqibini 5:1 hesabı ilə məğlub edib. “Barselona”nın heyətində Rafinya 3-cü və 57-ci dəqiqələrdə fərqlənərək dubl edib. Kərim Adeyemi 22-ci, Lamin Yamal 77-ci, Qabriel Jezus isə 85-ci dəqiqədə qol vurub.

“Feyenoord”un yeganə qoluna 82-ci dəqiqədə Sem Steyn imza atıb.