Argentina millisinin baş məşqçisi Lionel Skaloni vəzifəsindən ayrılmaq istədiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Veronika Brunati "X" sosial şəbəkə hesabında məlumat yayıb. 48 yaşlı mütəxəssis məsələ ilə bağlı Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia ilə danışıb. Onun müqaviləsinin müddəti bu ilin dekabr ayında başa çatacaq. AFA rəhbərliyi Skalonini postunda saxlamağa çalışır.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2022-ci ildə dünya çempionu, 2026-cı ildə gümüş medalçı olub. Argentina həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib