06 noyabr 2023 11:38
179

Türk dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib

Türk DövlətləriTəşkilatı 3 Oktyabr 2009 cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsidir.Bu müqavilə Azərbaycan ,Türkiyə,Qazaxıstan və Qırğıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Azərbaycan mərkəzi Asya ölkələri ,o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir.Son illər Prezident İlham Əliyevin Mərkəzi Asya ölkələrinə,region dövlətlərini başçılarının isə Azərbaycan səfərləri müntəzəm xarakter alıb.Bu isə təbii olaraq ölkəarası əlaqələrin iinkişafına ,yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətinin Təşkilatının “Türk Əsri“çağırışı altında 10 -cu yubiley Zirvə görüşünün keçırılməsi türk dünyasında əlaqələrin daha da genişləndirilməsinin baris göstəricisidir.Son illərdə türk dövlətləri arsında əlaqələr bütün sahələrdə insensiv xarakter alıb və dövlətin tələblərinə,baş verən proseslərə uyğun olaraq surətlə inkişaf etdirilir.Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir.Türk Dövlətinin Təşkilatının 10 -cu yubiley Zirvə görüşündə türk dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsi vacib sayılıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki,2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq yaranıb və Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib.Bu gün bu təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. TDT-yə üzv dövlətlərin ümumi sahəsi 4 milyon242min 362kvkm,əhalısının sayı 149 milyon 817min 367 nəfərdir.Ümumi daxili məhsulu həcmi 1milyon 42 milyard 561 milyon dollardır.Müşahidəçi ölkələrin Macarıstan,Türkmənistan, Şimali KiprTürk Respublikasının ümumi daxili məhsulunun həcmi 208 milyard 771 milyon dollardır.

Bu o deməkdir ki,Türk Dövlətlər Təşkilatının 200 milyon nəfəri siyası,iqtisadi,mədəni sahələrdə təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir.Tərəflərin bir-birinin ərazi bütövlüyü,suverenliyi,sərhədlərin toxunulmazlığı,habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilmə,əməkdaşlığa üstünlük verilməsi yaranan vəziyyətin şərtlərindən sayıla bilər.Başlıca vəzifələrdən biri də bir-birinin təcrübəsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir.Hazırda dünyada qlobal miqyasda qarşılıqlı hökm sürür.Məsələn 2022-ci ilin yanvarında Qazaxstanda,iyulda Özbəkistanda,Qırğıstan-Tacikstan sərhəddində münaqişələr,Əfqanıstanda “ Taliban“ın yenidən hakimiyyətə gətirilməsi,RusiyaUkrayna müharibəsi və s.Hər iki bölgədə türk dünyasını yaxın,uzaqəlaqəsi var. Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini artıq sübut edib.

Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən illə müqayisəsi 40%artıb.Türk dövlətləri ilə əlaqələr getdikcə daha da dərinləşir.Prezidentimiz Zirvə görüşündə qeyd edib ki,əməkdaşlıq təkcə iqtisadi,siyasi və mədəni sahələrdə deyil həm də,hərbi və müdafiə sənayesi kimi sahələrdə də gücləndirilməlidir. Bəli Türk dövlətlərinin dostluğu,qardaşlığı əbədi olacaqdır.

Nabat Rəfiyeva,
Bakı şəhəri, Xətai rayonu 316 saylı körpələr evi-uşaq bağçasının müdiri,
YAP Xətai rayon təşkilatının üzvü