19 oktyabr 2023 14:18
248

Füzulilərin gənc nəsli də öz doğma torpağına qayıdır

Zəngin tarixi keçmişi olan Azərbaycan xalqı öz azadlığına,müstəqilliyinə qovuşmaq üçun uzun bir yol keçərək qəhrəmanlıq sərnaməsi yazmış,zəfərə,uğura imza atmışdır. İstəklər tamamlandı.Ali Baş Komandanımız İlham Əliyevin”Dəmir yumruğu” ətrafında birləşərək müzəffər ordumuzun 44 günlük müharibədə azad etdiyi kənd və şəhərlərimizdə quruculuq işləri aparılır və günü-gündən abadlaşır. İlham Əliyev çıxışında belə bir nüansa toxunmuşdur:”Xalqa xidmət etmək bizim vəzifə borcumuzdur,seperatçıların viran qoyduğu,yararsız hala saldığı kənd və şəhərlərimiz Füzuli kimi olacaq,çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik” Dedi və etdi,necə ki o,”Biz nəyi necə,nə zaman edəcəyimizi yaxşı bilirik”demişdi.Prizidentimiz dediyi sözü tutdu və bu gün hətta Fizulilərin gənc nəsli də öz doğma yurdlarına toy-bayramla qayıdırlar,çünki İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsindəki torpaqlarımızda hıyat canlanır və öz yurdyuvasına qayıdan vətəndaşlarımız orada yaşayıb-yaradacaq əkib-becərəcək.Prezident fizulilərlə görüşundə demişdi”Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək,bu müvəqqəti yaşayış yeridir.

Torpaqlar azad olunandan sonra Füzulidə,Ağdamda,Zəngilanda,Qubadlıda,Laçında,Kəlbəcərdə,Şuşada daha gözəl evlər tikiləcək,daha gözəl şərait yaradılacaq”.Və İlham Əliyevin dediyi o gün gəldi,dediyi hər bir kəlmə gerçəkləşdi,reallaşdı.Füzulinin cah-cəlallı yeni siması göz oxşayaraq öz doğma sakilərini ağuşuna aldı.Füzulilər Füzuliyə böyükdən-kiçiyə toy-büsatla qayıtdılar.Yaşamaqa,yaratmaqa,öz dədə-baba torpaqlarına sahiblənmək üçün qayıtdılar.

Bütün bu gözəllik üçün,təntənəli qayıdış üçün Ali Baş Komandanımız İlham Əliyevə,onun bir çağırışına dərhal orduya qoşulan əsgərlərimizə,şəhid olan oğullarımıza,qazilərimizə borcluyuq. Yaşasın suveren,müsəqil,sülhsevər Azərbaycanımız və Azərbaycanın haqq səsini yüksək tribunalarda dünyaya,erməni dəyirmanına su tökməyə çalışan,media işçilərinə çatdıran,üçrəngli bayrağımızı ən uca zirvələrdə dalğalandıran,böyük qayıdışa imza atan Ali Baş Komandanımız İlham Əliyev!

Kübra Əliyeva, 
Xətai rayonu, Milli qəhrəman Ələkbər Əliyev adına 204 mömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 11" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü