22 sentyabr 2023 18:10
85

Niyyətimiz sülh, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır

44 günlük vətən müharibəsində qalibiyyətimizi həzm edə bilməyən  Ermənistan yenidən təxribatlara əl ataraq ərazilərimizdə qanunsuz minaların yerləşdirilməsi və ərazilərimizi müxtəlif çaplı silahlarla atəşə tutaraq gərginliyi yenidən  artırıblar.

Öz təcavüzkar mövqeyindən əl çəkməyən Ermənistan 19 sentyabr tarixində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən planlaşdırılmış şəkildə quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb. Önəmli məqamı qeyd etmək lazımdır ki, ermənistan tərəfindən bizə qarşı törədilən terror aktları içərisində bu ilk deyil. Belə ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki ağır vəziyyətdə yaralanmışdır.

Azərbaycan ordusunun ön xəttində olan bölmələri baş verən təxribatların qarşısını almaq məqsədilə antiterror tədbirlərinə başlamış və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirmişlər. Bununla da  Ermənistana göstərilmişdir ki, istənilən təxribata qarşı layiqli cavab veriləcək.

Aparılan antiterror tədbirləri nəticəsində ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində və düşmən mövqelərinin təpələrdə yerləşməsinə baxmayaraq hərbiçilərimiz qəhrəmanlıq və peşəkarlıqla bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlara nail olmuşlar. Ermənistan dövlətinə məxsus olan hərbi texnikalar məhv edilmiş və sıradan çıxarılmışdır.Antiterror tədbirlərinə başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməli və mülki əhali qorunmalıdır.Aparılan qısa müddətli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük bir hissəsi sıradan çıxarılmışdır.

Cəmi bir gün aparılan antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr Azərbaycan Respublikasının şərtlərini qəbul etməyə razı olublar.Bu bizim gücümüzün nümayişidir və qanunusuz silahlı birləşmələr bizim gücümüzdən agahdır.

 Şərtdə xüsusilə qeyd olunur ki, Ermənistan ordusunun Azərbaycan ərzisində məskunlaşmış silahlı birləşmələri silahları yerə qoymalı, tərk-silah olmalıdır. Yalnız o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə isə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də qətiyyətimizi də yaxşı bilir.
 
 Azərbaycan Respublikası hər zaman məsuliyyətli mövqe sərgiləyib, çünki bizim niyyətimiz sülh, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək.

Bizimlə heç kəs hədə-qorxu dilində danışa bilməz! Həmçinin heç kim unutmasın ki, Qarabağ Azərbaycandır!

Taleh Mansurov,
Bakı Ali Neft Məktəbinin Metodisti,
YAP Xətai rayon təşkilatının "Xocalı prospekti 30" unvanı üzrə ərazi partiya təskilatının üzvü