22 sentyabr 2023 22:58
155

Tarixi əhəmiyyət daşıyan müraciət

44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan rəşadətli Azərbaycan Ordusu növbəti qələbəyə imza atdı.Ermənilər tərəfindən əvvəllər təmizlənmiş ərazilərdə minaların quraşdırılması kimi kəşfiyyat və təxribat hadisələri həm mülki əhali, həm də hərbi qulluqçular üçün ciddi təhlükə yaratmaqda idi.Azərbaycan mövqelərinin sistematik atəşə tutulmasıvə Ermənistan silahlı qüvvələrinin regionda döyüş mövqelərini gücləndirməsi barədə məlumatlar tərəflər arasında mövcud olan gərginliyi daha da artırmışdır. Bu baxımdan Azərbaycan bu narahatlıqlara cavab olaraq 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal antiterror tədbirləri keçirməyə başlamışdır.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaşatdı.

Prezident cənab İlham Əliyev xalqa müraciətində antiterror əməliyyatının nəticələrini açıqlayaraq dedi: “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbitexnikaməhvedilmişdirvəsıradançıxarılmışdır.”

QarabağregionununmüəyyənbölgələrindəyaşayanerməniəhalininAzərbaycancəmiyyətinəyenidəninteqrasiyasıBakıüçündəyüksəkprioritetdir.Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər regionun quruculuğu və bərpası layihələrində iştirak edə bilərlər və Bakı onlara yaşayacaqları yerlərdə və kəndlərdə şərait yaratmağa hazırdır.

Antiterror tədbirlərinin uğurla başa çatması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin, müdrik və uzaqgörən siyasətinin, xalqımızın dövlət başçısının ətrafında “dəmir yumruq” kimi birləşməsinin məntiqi nəticəsidir. Cənab Prezident İlham Əliyev müraciətində bu məqama diqqəti yönəldərək bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir.

Lokal antiterror tədbirlərinin qısa zamanda başa çatması, separatçıların təslim olması nəticəsində dünya məğlubedilməz ordunun Azərbaycan Ordusu olduğunu gördü.Azərbaycan növbəti tarixi Zəfəri ilə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı.  Ermənistan və ona havadarlıq edən dövlətlər “Dəmir yumruq”, “Qisas” əməliyyatlarının dərslərini unutmağa çalışsalar da Azərbaycan Ordusu suverenliyimizə qarşı törədilən təxribatların qarşısını qətiyyətlə almaqla yenidən onlara bu dərsləri xatırlatdı.Azərbaycan müstəqilliyinə, suverenliyinə qarşı hər bir cəhdin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəal üzvü