22 sentyabr 2023 11:21
405

Azərbaycan xalqının mübarizəsi ədalətli mübarizədir, tarixi və hüquqi bir mübarizədir

Bəşəriyyət yarandığı gündən bugünədək terrorun acı nəticələrindən böyük əziyyət çəkir. Təbii ki, “terror” anlayışı, bu anlayışın mahiyyəti və terrorla bağlı digər xüsusiyyətlər keçmişdə indiki kimi deyildi. Zaman dəyişdikcə terror da dəyişir, yeni cəhətlər ortaya çıxır. Amma dəyişməyən bir həqiqət var: terror faciə, terror dəhşət, terror itkidir.

Terrordan danışarkən dünyada yada düşən ilk ünsürlər – ermənilər olur. Ermənilər tarixən terrora meylli toplum olmuşlar. Terror onların həyat tərzi, xisləti, fəaliyyət prinsipidir. Ermənilər üçün terror həm də bir alət, bir vasitədir. Dünyanın hər yerində erməni terrorunun izini tapmaq mümkündür. Tarixi olmayan ermənilərin terror “tarixi” kifayət qədərdir. Bəli, tarixdə erməni terrorizmi deyilən mənfur bir sistem var. Bu sistem erməni millətçi qruplarının və təşkilatlarının sistematik təhdid və fərdi intiqam aktıdır. “Erməni terrorizmi” termini ilk dəfə ABŞ-də 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə edilmişdir. Tarixə qısa bir nəzər salsaq, görərik ki, erməni terror təşkilatları dünyanın hər yerində bir-birindən ağır və dəhşətli terror aktları həyata keçirmişlər. 1885-ci ildə yaradılan “Armenakan”, 1887-ci ildə yaradılan “Sosial Demokrat Hnçak Partiyası”, 1890-cı ildə yaradılan “Daşnaksütun”, 1972-ci ildə yaradılan “Erməni soyqırım ədalət komandosları”, 1973-cü ildə yaradılan “Yeni erməni müqaviməti”, 1975-ci ildə yaradılan “ASALA”, 1975-ci ildə yaradılan “Erməni gizli azadlıq ordusu”, 1979-cu ildə yaradılan “Erməni inqilab ordusu”, 1979-cu ildə yaradılan “Erməni azadlıq cəbhəsi”, 1981-ci ildə yaradılan “Orli qrupu”, 1981-ci ildə yaradılan “İntiharçılar eskadronu”, 1988-ci ildə yaradılan “Erməni birliyi”, 1990-cı ildə yaradılan “Gənc ermənilər ittifaqı”, 1991-ci ildə yaradılan “9 iyun qrupu”, 1991-ci ildə yaradılan “Erməni azadlıq hərəkatı”, 2001-ci ildə yaradılan “Geqaron”, 2001-ci ildə yaradılan “Apostol” və digər erməni terror təşkilatları bəşər tarixinə qara hərflərlə yazılmışdır. Bu təşkilatların müxtəlif ölkələrdə törətdiyi terror aktları bu gün də dərin kədər hissi ilə yada düşür.

 Erməni terrorizmindən danışarkən, yada düşən ilk ölkə Azərbaycan olur. Mənfur qonşunun mənfur əməlləri tarixən bizim xalqın başına bəla olub. Duz-çörək, su-hava verdiyimiz nankor ermənilər zaman-zaman ölkəmizə qarşı saysız-hesabsız terror aktları, təxribatlar, faciələr, deportasiyalar, etnik təmizləmələr və digər çirkin əməllər həyata keçirmişlər. Lakin üzaqgörən, müdrik, dözümlü və dəyanətli Azərbaycan xalqı hər zaman məsuliyyətli olmuş, yaranmış hər bir vəziyyətdən ləyaqətlə çıxmağı bacarmışdır. Azərbaycan xalqı dünyanın ən humanist xalqlarından biridir. Biz yaxşıya da yaxşı oluruq, yamana da. Pislik etmək, bəd əməllər törətmək bizim xalqa yaddır. Biz həm də qəhrəman xalqıq, öz ərazi bütövlüyümüzü, milli suverenliyimizi qorumağı bacaran xalqıq. Böyük Qarabağa, müqəddəs dədə-baba torpaqlarımıza qovuşmaq amalı ilə mücadilə aparan və qalib gələn xalqıq. Bunu 19 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərində də gördük. Düşməni qısa bir zamanda öz yerində oturtduq. Bir daha Ermənistanı başa saldıq ki, “sürünmək üçün yarananlar uça bilməzlər”.

2023-cü il 20 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məlum hadisələrlə əlaqədar Azərbaycan xalqına müraciət etdi. Prezident İlham Əliyev lokal xarakterli antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ölkə ictimaiyyətinə və beynəlxalq aləmə geniş məlumat verdi. Qeyd etdi ki, Azərbaycan xalqının mübarizəsi ədalətli mübarizədir, tarixi və hüquqi bir mübarizədir, beynəlxalq qanunların tələblərinə cavab verən mübarizədir və ən əsası Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyan şərəfli bir mübarizədir. Cənab Prezident bir daha bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti İkinci Qarabağ müharibəsindən sonra görülən və görüləcək müvafiq işlərin müfəssəl bir hesabatı idi. Müzəffər Ali Baş Komandan rəşadətli Azərbaycan ordusunun, günü-gündən inkişaf edən Azərbaycan dövlətinin atdığı addımları, ölkədə və bölgədə baş verən prosesləri, bəynəlxalq ictimaiyyətin bu proseslərdəki rolunu və digər mühüm məsələləri geniş şəkildə Azərbaycan xalqının diqqətinə çatdırdı. Prezidentin proqram xarakterli bu müraciəti həm də Ermənistan üçün növbəti bir sülh mesajı idi. Elə tərəflərin 2023-cü il 21 sentyabr tarixində baş tutan Yevlax görüşü də bu mesajın məntiqi davamı oldu.

Yaxın və uzaq tariximizə nəzər yetirsək, görərik ki, sülh Azərbaycan xalqının hər zaman sevdiyi və arzuladığı bir dəyərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan çətin və şərəfli mübarizəmiz bu dəyərin əbədi var olmasına hesablanıb. Sülh naminə, vətən naminə, millət naminə fədakarlıq göstərən hər bir Azərbaycan vətəndaşına Tanrı kömək olsun. Tanrı xalqımızı qorusun. Tanrı bir kərə yüksələn və bir daha enməyən müqəddəs bayrağımızı Azərbaycan xalqına çox görməsin!

Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 64” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü