22 sentyabr 2023 10:05
125

Lokal xarakterli antiterror tədbirlərinin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi

Azərbaycan hər zaman Qarabağda, xüsusilə Xankəndi və bütövlükdə ərazidə olan ermənilərin reinteqrasiyası ilə bağlı qətiyyətli mövqeyini ortaya qoymuşdur. Azərbaycan antiterror tədbirləri keçirməklə separatizmə son qoydu. 

Cənab Prezident torpaqlarımıza zəli kimi yapışan, yırtıcı separatçılara bir daha dərs verdi. Onların arxasına dayanan qüvvələrə, Ermənistan rəhbərliyinə Azərbaycanın iradəsinə heç kimin təsir edə bilməyəcəyini bir daha sübut etdilər. Dövlət başçımızın: “Dəmir yumruq yerindədir! Qarabağ Azərbaycandır!” – şuarı bir daha bu ifadələrin gəlişi gözə sözlər olmadığını, lazimi gələndə o yumruğun düşmənin tifağını da, başını da əzdiyini bütün dünyaya bəyan etdi.

Azərbaycan: “Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, ölkə arasında sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır.” – fikri və ortaya qoyduğu qətiyyətli addımı ilə separatçıları ağ bayraq qaldırmağa və təslim olmağa məcbur etdi.

Prezident İlham Əliyev: “Azərbaycan da Qafqazın inteqrasiya olunmuş region konsepsiyasını dəstəkləyir “,- fikrini bir daha bəyan etdi. İlham Əliyev öz niyyətini açıq şəkildə bildirmək, hərbi birləşmələri tərksilah edərək danışıqlar masası arxasında oturmağa dəvət etdi.

Düşmən bilməlidir ki, revanşist çıxışlarla heç nəyə nail olmayacaq. Azərbaycan haqq işini bütün mötəbər kürsülərdə və döyüş meydançasında müdafiə etməyə hazırdır. Peşəkar ordu, peşəkar siyasət və diplomatiya Azərbaycan dövlətinin açıq məramını hər zaman ortaya qoyacaq, yurdumuza yan gözlə baxanların gözünü daim oyacaqdır.

 Qarabağ Azərbaycandır!

Fəridə Şərifova,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü