22 sentyabr 2023 10:20
167

Azərbaycan hər zaman humanist və məsuliyyətli mövqe sərgiləyir

Azərbaycan dövləti öz gücü və qüvvəsi hesabına tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın qanunsuz şəkildə işğal altında saxlanılan torpaqlarımızı azad etdi. II Qarabağ-Vətən müharibəsində qazanılan qələbə xalqımızın birliyinin və dövlətimizin gücünün göstəricisi oldu. Üçtərəfli sənəd imzalandı. Sənədə görə işğal altındakı torpaqlar Azərbaycana qaytarılmalı, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması nəzərdə tutulurdu.

Bəyanat imzalamasına baxmayaraq, Ermənistan Silahlı qüvvələri mülki əhalini belə silahlanmağa təhrik etdi. Dəfələrlə əsgərlərimizə qarşı silahlı basqınlar törətmişdirlər. İşğaldan azad olunan torpaqlarımızda gedən quruculuq işlərindən azğınlaşan cəlladlar məkrli niyyətlərini həyata keçirmək üçün dəstəkləyici qüvvələrin laqeydliyindən istifadə edərək keçid məntəqələrini minalamağa nail oldular. 

19  sentyabr 2023-cü il səhər saatlarında Qarabağda növbəti erməni təxribatı oldu. Xocavənd rayonu ərazisində mina partlayışı baş verdi və nəticədə 9 nəfər həyatını itirdi.  Azərbayan tərəfi dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Lokal xarakterli antiterror tədbirlərinə başlandı. Cəmi  23 saat ərzində tədbirlər başa çatdı. Ermənilərin hərbi texnikası və bazaları məhv edildi. Tədbirlər zamanı mülki əhali nəzarətə alındı, zərbə altında qalmamaq üçün sığınacaqlara aparıldı. Atəşkəs elan olunduqdan sonra öz evlərinə qayıtmaq üçün sülhməramlı qüvvələr ayrıldı. Budur Azərbaycan humanistliyi.

Azərbaycan tərəfi bu hadisələrə baxmayaraq, yerli erməni sakinlərə Azərbaycan bayrağı altında sakit yaşamağı təklif edir. Azərbaycan çoxmillətli ölkədir. Hər kəsin rahat yaşamaq hüququ var. Dövlət hamıya eyni qayğını göstərir.

Azərbaycan məsuliyyətli ölkədir. Qazandığı qələbələrin məsuliyyətini dərk edir. Öz ərazi bütövlüyünü sabit saxlamaq üçün çalışır. Azərbaycan 30 il ərzində çox acılar yaşadı. Şəhidlər verdi, lakin öz xalqına qarşı məsuliyyəti unutmadı. Apardığı mübarizə zamanı düşməni ilə də məsuliyyətlə rəftar etdi.

Bu gün qalib ölkə olaraq müharibə səhifəsini bağlamaq, azad olunmuş torpaqları gülüstana çevirmək, xalqın rifahını yaxşılaşdırmaq Azərbaycan tərəfinin dövlətçilik prinsipidir.

Nazlı Maxsudova,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü