21 sentyabr 2023 19:51
110

Ermənilər zaman-zaman xalqımıza qarşı çox böyük zərbələr vurublar

Düşmən hər zaman yaşından və cinsindən asılı olmayaraq dinc azərbaycanlıları məhv etmək amalı ilə yaşayıb. Əsrlərdir xalqımıza qarşı terror aktları törədən ermənilər yüzminlərlə soydaşlarımızı məhv edib. 30 ilə yaxın işğal altında saxladıqları azərbaycan torpaqlarında vandalizm törədiblər. Ermənilər xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədiblər. Erməni işğalı dövründə torpaqarımız dağıntılara məruz qalıb və minalar basdırıb. Bu da minlərlə vətəndaşımızın zərər çəkməsinə, eyni zamanda onlardan bir çoxunun həyatını itirməsinə səbəb oldu.

Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib. Təbii ki, məqsədləri işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına və insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin qalmasına nail olmaq idi.

Azərbaycanda mina terrorunun davam etməsi nəticəsində azərbaycanlı polislər və mülki şəxslərin həlak olması erməni terrorunun bariz nümunəsidir.

19 sentyabr 2023-cü il tarixdə 2 mülki şəxs Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək həlak oldular. Eyni gündə terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin əməkdaşları da həlak oldu. Bununla 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfər çatıb. Onlardan 61 nəfər həlak olub.

 Bu hadisə ordumuzun lokal antiterror tədbirləri keçirməsinə səbəb oldu və erməni silahlı birləşmələrinin təslim olması ilə başa çatdı.

 Xankəndi Azərbaycandır!

Xocalı Azərbaycadır!

Xocavənd Azərbaycadır!

Ağdərə Azərbaycadır!

Qarabağ Azərbaycadır!

Allah şəhidlərimizə rəhmət eləsin.

Bahar Vəliyeva, 
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü