22 sentyabr 2023 10:25
329

Tolerant dövlətlər aarsında münasibətlər genişlənir

Dövlətləraarsı münasibətlər təkcə siyasi, iqtisadi  əlaqələrlə məhdudlaşmır. Bu münasi­bət­lər həm də rəsmi səfərlərlə möhkəmlənir. Azərbaycanla Tacikistan arasında münasibətlər daha da genişlınməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 14 sent­yabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı da bu baxımdan tarixləşdi.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibət­ləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin başlıca şərtlərindəndir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da quru­lub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universi­te­tinin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.

Azərbaycan tolerant dövlət olmaq etibarilə tolerant dövlətlərlə qarşılıqlı siyasi əlaqələri möhkəmləndirir. Bu baxımdan Tacikistanla da...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı