22 sentyabr 2023 00:10
376

Yevlağa gəl, Yevlağa...

Kür qırağının əcəb seyrəngahı var

İki gündür ki, sosial şəbəkələrdə ağ bayraq qaldırmış ermənilərin təmsilçilərinin Yevlax şəhərinə gəlmələri barədə müxtəlif ifadələr işlənir. "Yevlağa gəl, Yevlağa" ifadəsi də onlardan biridir. Nəhayət, dizləri yerə gəlmiş ermənilərin nümayəndələri tort yemiş it kimi Yevlağa gəlməli oldular. Çünki daha başqa yolları qalmamışdı.

Xatırladaq ki, Azərbaycan Ordusu üç il əvvəl Ermənistanın "dərs"ini verəndən sonra Qarabağdakı erməni icmasının nümayəndələri reinteqrasiya məsələlərinin həlli üçün Bakıya dəvət edildi. Lakin görünür, Hərbi Qənimətlər Parkını görməmək üçün gəlmədilər, məsələni ora-bura çəkməyə başladılar. Hövsələ göstərən Azərbaycan rəhbərliyi sülh şərtlərini də açıqladı.   Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış etdi: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir".

Ancaq inadkar ermənilər yenə də qulaqardına vuraraq xarici ölkələrdə qapı-qapı gəzib kömək istədilər. Heç kəs onlara üz verməsə də Fransa Prezidenti Emmanuel Makron və digər havadarları yalançı vədlərlə onları yeni təxribatlara təhrik etdilər. Sentyabrın 19-da və Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər mülki şəxslərin şəhid olmaları ilə nəticələnən terror aktları törətdilər. Azərbaycan Ordusu nəhayət, bölgədə lokal antiterror tədbirləri keçirməyə qərar verdi. Antiterror tədbirləri cəmi bir gün çəkdi və özgə vaxt döşlərinə döyən, cəsarətdən və qəhrəmanlıqdan dəm vuran quldurlar ağ bayraq qaldırmalı oldular.

Xalq arasında qələbə sevinci yaşayanlar terrorçu ermənilərə xitabən: haydı ay hay, Yevlağa gəl, Yevlağa... Gələndə Bakonu, Arkadini, Araiki, Rubeni, Samveli də gətirin. Yevlağın yolunu yaxşı tanıyırsız. Amma gələndə yan-yörəyə baxmayın, Ağdamdan isə gözlərinizi yumub keçin, çünki hər yeri dağıdıb xarabazara çevirmisiniz. Utanan üzünüz yoxdur, yoxsa utanıb yerə girərdiniz. Bu, o Yevlaxdır ki, vaxtilə donuzlarınızı gətirib Kürdə sulamaq istəyirdiniz. Amma siz astvas, donuzlarınızı gətirib buraları murdarlamayın, çünki özünüzün zir-zibilinizi hələ təmizləyib qurtara bilmirik. Baxın, nə qədər “hörmət”ediriksə sizi Bakıya çağırmadıq,  yol uzundur, ona görə də yormaq istəmədik, onsuz da kifayət qədər yormuşuq. Sizdən bir xahişimiz var ki, başınıza gələnləri Zori Balayanın, Silva Kaputikyanın, Viktor Ambarsumyanın, Qalina Starovoytovanın, Abel Aqanbekyanın, Yelena Bonner-Saxarovanın, Qorbaçov ər-arvadlarının, David Şahnazaryanın, Karen Dəmirçiyanın və başqa dəyyusların ruhlarına da çatdırasınız. Onlara söyləyəsiniz ki, a gorbagor olmuşlar, bizi niyə bu günə qoydunuz? Çünki onların bədbəxt ermənilərə sırıdıqları "böyük Ermənistan", “miatsum”, “müstəqil arsax” sərsəmləmələri, işğal planları dünən Kür qırağında dəfn olnundu.

Bəllidir ki, görüşün təşəbbüskarı heç bir halda üçüncü ölkə deyil. Biz ermənilərdən fərqli olaraq yandaşın qoltuğuna qısılmırıq. Xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutan müzakirə Bakının məlum təklifinin məntiqinə uyğundur. Özünü "media orqanı" hesab edən bir sıra erməni mətbuatı bu görüşün baş tutmayacağı ilə bağlı bir sıra axmaq fikirlər səsləndirib. Ancaq hər kəsə bəllidir ki, regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə Bakıdakı mərkəzi hökumətin arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər. Əvvəllər olduğu kimi.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində dəfələrlə bildirdi ki, ərazimizdə yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Millətçi ünsürlər tərəfindən beyinləri zəhərlənmiş sadə ermənilər də nəhayət, rahat həyat sürəcəklər.

"İlan ulduz görməsə, ölməz"-deyirlər. Biz də baş kəsib qan tökən terrorçulara ulduz göstərdik. Özü də səkkizguşəli ulduz!

Vəli İlyasov, "İki sahil"