21 sentyabr 2023 15:25
282

Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

Müzəffər Ali Baş Komandan və qəhrəman Ordumuz daha bir qələbəyə imza atdı. Əldə olunan nəticə hər bir azərbaycanlının 30 ildir həsrətlə gözlədiyi, intizarında olduğu qələbə idi. Düşmənin “ağ bayraq“ qaldırması, dizin-dizin Yevlaxa danışıqlar masasına gəlməsi yeni və şanlı tarixin səhifəsinə qızıl həfirlərlə yazılır. Bu tarixi günlərə nail olmaq xalq-iqtidar birliyindən, həyata keçirilən məqsədyönlü siyasətdən xəbər verir.

Azərbaycanın irəli sürdüyü təkliflər Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcək. Necə ki, qısa zamanda Füzuli, Şuşa və digər işğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələri bölgənin yeni sima almasına gətirib çıxarıb eləcə də Qarabağımızın digər dilbər guşələri də cənnətə çevriləcək. Azərbaycan bayrağı altında yaşamağa qərar verən ermənilərin reinteqrasiya prosesi üçün mühüm paket artıq hazırdır. Ötən gün xalqa müraciət edən dövlət başçısı bu yöndə bir sıra məqamlara aydınlıq gətirdi. İlk öncə təhlükəsiz yaşayışın təmin olunması, digər tərəfdən həmin şəxslərin sosial təminatı, və ən əsası bölgədə qurulacaq yeni infrastruktur layihələri yeni imkanlara rəvac verir. Bu tarixi şansdır və bu tarixi şansdan səmərəli istifadə qaçılmazdır. Məhz bunu həyata keçirilən antiterror əməliyyatlarından sonra dərk edən qondarma rejimin nümayəndələri çoxdan atmalı olduqları addımı dəmir yumruğun növbəti zərbəsindən sonra atdılar.

Bölgəmizin həssas regionda yerləşir. Burada xarici qüvvələr söz sahibi olmağa daim can atıblar. Artıq regionda erməni havadarlarının istək və arzuları həyata keçmir. Regionda söz sahibi Azərbaycandır. Azərbaycanla heç kim diqtə ilə danışa bilməz. Fransa, və digər erməni havadarları TIR şouları, seçki kompaniyaları təşkil etməklə nəyəsə nail olacaqlarını düşünürdülər ancaq yanıldılar. Onların belə avanturist siyasəti isə Ermənistanda siyasi vəziyyətin gərginləşməsinə səbəb oldu. Artıq düşmən ölkədə etiraz aksiyaları keçirilməyə başlayıb. Ölkədə hərbi məğlubiyyətlə yanaşı siyasi arenada davamlı məğlubiyyət Paşinyan rejimi qarşısında çətin suallar qoyub.

Sonda isə onu qeyd edim  ki, prezident İlham Əliyevin Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatdakı səmərəli əməkdaşlıq qurulması təklifləri regionda sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düsturdur.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı