20 sentyabr 2023 09:14
98

Əməkdaşlığın yeni formatı

14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb,birgə foto çəkilib.Ölkə başçıları çıxış edərək,fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayıblar,görüşdə Azərbaycan liderinin iştirakının əhəmiyyətini vurğuladılar.Tədbirdə cənab Prezident ilham Əliyev çıxış etdi.Çıxışında Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmək məqsədilə dəvətə görə Tacikistan Prezidenti, hörmətli Emoməli Şaripoviç Rəhmona həmçinin,bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəyə görə hörmətli həmkarlara minnətdarlığını bildirib.Cənab Prezident Tacikistana bu il ərzində ikinci dəfə səfər etdiyini bildirib və dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi.Ölkə başçısı Azərbaycan və Mərkəzi Asiya ölkələrinin xalqlarının çox əsrlik qardaşlıq münasibətlərindən söz açıb. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil etdiyini vurğulayıb.

Cənab Prezident çıxışına davam edib: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişəm. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək.İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük.”

Cənab Prezident İlham Əliyev çıxışının sonunda ölkələr arasındakı əməkdaşlığı gücləndirəcək olan yeni “Rəqəmsal İpək Yolu” layihəsindən bəhs edib və sonda dəvətə görə bir daha təşəkkürünü bildirib,qardaş xalqlara sülh ,əmin-amanlıq arzu edib.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü