20 sentyabr 2023 11:06
227

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr sürətlə genişlənir

Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin  formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Ölkə başçısı cənab İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycan-Tackistan əlaqələrinin bugünkü inkişaf səviyyəsinin, həmçinin liderlərin şəxsi münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə daha da möhkəmlənməsində rolunun aydın mənzərəsini yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən ölkəmizin başçısının Mərkəzi Asiya Dövlətlərinin Başçılarının görüşünə dəvəti bir daha ölkəmizin və onun rəhbəri cənab İlham Əliyevin nüfuzu və hörmətini, ona olan ehtiramı bir daha sübut edir.

Təkcə son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz, o cümlədən cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Eyni zamanda, iki il ərzində bütün qardaş dövlətlərin başçıları da Azərbaycanda səfərlərdə olublar. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir.

Ölkə başçısı sözügedən tədbirdəki çıxışında əlaqələrin daha da möhkəmlənməsi üçün hədəflərdən bəhs edərək bildirmişdir: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”.

 Prezident İlham Əliyev çıxışında region üçün bir sıra vacib məqamlara toxundu. Nəqliyyat və logistika sahəsində region ölkələrinin əməkdaşlıq imkanları kifayət qədər yüksəkdir. Ölkə Prezidenti məhz bu kontekstdə Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunun qardaş dövlətlər üçün açıq olduğunu bir daha bəyan etdi. Digər tərəfdən, Azərbaycan beynəlxalq yükdaşımaların artırılması üçün həm infrastrukturun inkişaf etdirilməsi, həm də institusional dəyişikliklər sahəsində fəaliyyətləri gücləndirib. Bakı Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tona qədər artırılır. Bu, Azərbaycan daxil olmaqla region üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək. Bütövlükdə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yeni bir səhifə açılır. Bu, strateji əməkdaşlıq və qardaşlığın daha da dərinləşməsinə xidmət edəcək".

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev səfər zamanı Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmova dəvəti üçün təşəkkürlərini bildirib, orada olduğu üçün məmnunluq duyduğunu deyib. Eyni zamanda Cənab Prezident Tacikistan xalqını Müstəqillik günü münasibətilə təbrik edib. O, iki dövlət arasında qardaşlığın daimi olacağını vurğulayıb. Prezident, bu səfərin Nəqliyyat və logistika sahəsi üzrə mühüm rol oynayacağını deyib. Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər Prezidentlər Düşənbədəki “Ekspo Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri