Ermənidən çox erməni olmaq narkorluğu
Bu gün Azərbaycanın dağıdıcı müxalifət cəbhəsi milli mənafelərini qəpik-quruşa satan, əqidəsini az qala hər gün buqələmun kimi dəyişən insanlar toplusuna çevrilib. Belələrindən biri də qondarma «Milli Şura»nın əsas sima(sız)larından olan Gültəkin Hacıbəylidir. O, az qala hər gün beynəlxalq təşkilatlara ölkəmizdən leqal və qeyri- leqal donoslar ötürməklə də məşhurlaşıb.
Ötən gün isə Hacıbəyli sosial şəbəkələrdə yazdığı statusu ilə riyakarlığın pik nöqtəsinə qədər yüksəlib. Belə ki, o, Azərbaycan dövlətinin ermənilərin Laçın-Xankəndi yolunda qurduğu «humantiar şou»ya qarşı qətiyyətli mövqeyindən ciddi şəkildə narahat olub. O, yazır: «Azərbaycan iqtidarı əbədi hakimiyyət maraqları uğruna və yanlış, səthi hesablamalarından dolayı 3 min şəhid verərək və Türkiyənin böyük mənəvi dəstəyi ilə əldə etdiyimiz hərbi qələbənin nəticələrini sıfırlamaqla məşğuldur. Qarabağ ətrafında beynəlxalq mövqelərimizin hər gün daha çox zəifləməsini ürək ağrısı ilə izləməkdəyəm. Elə məsələlər var ki, açıq danışmaq olmur. Amma anladığım, hiss etdiyim bir gerçək var: odla oynayırıq. Dayanmaq lazımdır.»
Bəli, bu kəmsavad xanımdan soruşmaq lazımdır ki, ölkənin sərhədlərini qorumaq, düşmənin hərbi təxribatlarının qarşısını almaq, Meşəli və Xocalı soyqırımlarının təşkilatçılarını həbs etmək, separatçıların ordumuza qarşı məkrli oyunlarını pozmaq nə vaxtdan milli maraqlarımıza ziddi sayılıb? Görünür bu saydıqlarımızın əksi onun mənsub olduğu dağıdıcı düşərgə üçün qəbulolunandır. Ona görə ki, anti-milli duyğular və vətənə qarşı nankorluq artıq onların yaşam tərzinə çevrilib.
Bu həmin Gültəkin Hacıbəylidir ki, hətta ailə məsələsində də özünü ucuzlaşdırıb. Pula hərislik, şöhrətpərəstlik onu hətta dələduzluq hərəkətlərinə də sövq edib. Bunu təkcə onun siyasi bioqrafiyasına bələd olanlar demirlər. Həm də keçmiş qayınanası Nəhayət Məmmədova bu barədə ictimaiyyətə məlumat verib. O, iddia edirdi ki, gəlini onun ailəsinə qarşı dələduzluq edib. Məhz onun bu əməlinə görə müflis olduğunu bildirən N. Məmmədova faktla, sübutla bəyan etdi ki, Gültəkin Hacıbəyli hələ oğlu Mahmud Mehdiyevlə nikahda olduğu zaman ondan mənzilini təmir etdirmək və evinə mebel almaq üçün 50 min dollar borc alıb. Sonradan qayınana nə qədər xahiş və tələb etsə də keçmiş gəlini aldığı pulu qaytarmayıb.
Siyasət və məişət dəllalı olan Gültəkin Hacıbəylinin dələduzluq əməllərindən bezən və yaramaz davranışlarına görə xəcalət çəkdiyini deyən keçmiş həyat yoldaşı Mahmud Mehdiyev bildirirdi ki, Gültəkin Hacıbəylinin riyakarlıqlarından və dövlətimizə qarşı iftira dolu hərəkətlərindən xəcalət çəkirdik və artıq susa bilməzdik.»
Dahi yunan fiosofu Demokritin məşhur bir sözü var: «Başqalarından yox, daha çox özündən utanmağı öyrən.» Bu xanım bütün fəaliyyəti boyunca heç vaxt özündən utanmağı öyrənmədi və elə buna görə də bu gün rəzil vəziyyətdədir. Gültəkin Hacıbəyli üçün şəxsi mənafeyə xidmət o qədər güclüdür ki, o, vaxtilə ünvanına təriflər yağdıran qurumları və şəxsləri bu gün necə deyərlər « ağ yuyub qara sərməkdən» belə çəkinmir. Məsələn o, deputat olduğu vaxtlarda Fövqəladə Hallar Nazirliyini respublikanın ən yaxşı qurumlarından hesab edirdi. Ona görə ki, qardaşı məhz bu qurumda çalışırdı. Bu, o vaxtlar idi ki, Hacıbəyli ətəyini çırmalayıb müxalifətə keçməmişdi, bu o vaxtlar idi ki, xanım deputat mandatını yellədə-yellədə indi çiyin-çiyinə dayandığı adamları ən ağır sözlərlə təhqir edirdi. Lakin qardaşı işdən çıxandan sonra bu quruma qarşı da münasibət 180 dərəcə dəyişdi. Bu da faktdır ki, Gültəkin Hacıbəylini əsəbləşdirən həm də neçə illərdir mandatsız qalmasıdır. O deputat mandatına sahib olduğu illərdə də ticarət obyektlərinin, torpaq paylarının mənzil və villalarının sayını qohum- əqrabalarının sayına çatdırmışdı.
Azərbaycan demorkatik ölkədir, hər kəs istənilən şəxsi, yaxud qurumu tənqid edə bilər, lakin Hacıbəylinin 180 dərəcə fırlanması və vaxtilə ağızdolusu təriflədiklərini indi tənqid etməsinin nə demorkatiya, nə də söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunun bir adı var: nankorluq.
Bəli, Gültəkin Hacıbəyli vaxtilə dediklərini unutmağa çalışa bilər, lakin tarix heç nəyi unuda bilmir. Təbii ki, bir insanın bioloji olaraq iki üzü olur, amma Gültəkin Hacıbəyli kimilərinin isə 40 üzü var desək, yanılmarıq.
Gültəkin Hacıbəyli hələ bir neçə il əvvəl iddia edirdi ki, Azərbaycan xalqı müxalifətdən zəifdir. O bildirirdi ki, bir çox ölkələrdə hakimiyyətə qarşı xalq üsyanları başlayıb, sonra müxalifət lideri onu idarə edib. Hətta buna misal olaraq Ermənistanı və onun bu günkü rəhbəri Nikol Paşinyanın 2018-ci ildəki küçə mitinqlərini misal çəkir. Ancaq bu dayaz siyasətçi anlamır ki, Azərbaycan xalqı Qarabağı 44 günə alan, düşmənləri diz çökdürən İlham Əliyev kimi bir lideri sərsəri və rəzil müxalifət liderlərinə heç vaxt dəyişməz.
Elçin Zaman, «İki sahil»
Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır
Azərbaycan-Özbəkistan münasibətləri: Türk dünyasında strateji müttəfiqlik nümunəsi