AXCP-nin islaholunmaz sədri “Siyasi partiyalar haqqında” yeni Qanuna kölgə salmaq üçün dəridən-qabıqdan çıxır
Qarayaxma kampaniyasını “uğurla” davam etdirən AXCP sədri Əli Kərimli artıq bu tip əməlləri ilə bütün ölkədə “ad” çıxarıb. 30 ildir ki, Ə.Kərimli antimilli fəaliyyətlə məşğuldur və buna görə də Azərbaycan xalqının üzqarası olaraq nifrət edilən adamdır.
Yaramaz əməlləri ilə insanlıq adına ləkə olan AXCP sədri şəxsi “Facebook” səhifəsində həyasız, mənasız, iftiralarla dolu statuslar yazmaqda davam edir. Ə.Kərimlinin bu üzdəniraq statusları hər bir sağlam düşüncəli azərbaycanlıda qəzəb, ikrah hissi doğurur.
Əli Kərimlinin şəxsi “Facebook” səhifəsindəki növbəti iftirası da təbii ki, bu qəbildəndir. AXCP-nin islaholunmaz sədri Azərbaycan dövlətinin “Siyasi partiyalar haqqında” yeni Qanununa kölgə salmaq üçün hələ də dəridən-qabıqdan çıxmaqdadır. Azərbaycan hökumətini guya təkpartiyalı sistem qurmaqda günahlandıran Ə.Kərimli ölkəmizdə son illərdə sistemli xarakter daşıyan islahatlara qısqanclıqla yanaşır. Cəmiyyətin bütün sahələrini əhatə edən bu islahatlar dövlət başçısı İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilir. Bu islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq əlaqələri möhkəmlənib, habelə iqtidar-müxalifət dialoqu başlayıb və davam etməkdədir. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrinin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsil olunması bunu bir daha təsdiqləyir. Ə.Kərimli isə bu uğurları heç cür “həzm” edə bilmir.
“Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi hazırlanarkən Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Layihənin hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılıb və bu komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilib. Bununla yanaşı, siyasi partiyalar tərəfindən daxil olan təkliflərə diqqət yetirilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub.
Azərbaycanda uğurlu partiya quruculuğu modelinə keçid Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə yeni hakimiyyət quruculuğu və 2020-ci ildə Vətən müharibəsində parlaq Qələbədən sonra yeni ictimai-siyasi reallıq yaranıb. Həyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaq, dövlət kimi partiyaların da proqram və konsepsiyalarının yenilənməsini zəruri edir.
Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək üçün 5 min nəfərin üzvlük siyahısını hələ də təqdim edə bilməyən Ə.Kərimli, həmçinin İnzibati Xətalar Məcəlləsinə düzəlişlərə də paxıllıq edir. O, özünə həyasızcasına haqq qazandıraraq iddia edir ki, müxalifətin vəzifəsi məhz hökuməti milli maraqları güzəştə getməkdən çəkindirməkdir. Hansı ki, indiyədək dağıdıcı müxalifətin əsas işi milli maraqlarımızı satmaq, hər vasitə ilə bu maraqlara ermənilərdən daha ağır zərbə vurmaq olub. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə və o vaxtdan ötən 30 il ərzində Ə.Kərimli və onun avara, başıpozuq dəstəsi yalnız pis əməlləri ilə yadda qalıb və milli maraqlar naminə heç bir müsbət iş görməyiblər. Ə.Kərimli sözügedən statusunda erməni dəyirmanına su tökməklə panika yaratmaq, ictimaiyyəti çaşdırmaq yolu ilə gündəmdə qalmağa çalışır. Maraqlıdır, niyə Ə.Kərimli AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanda baş verən vətəndaş qarşıdurmasını, ordudakı özbaşınalıqları, torpaqlarımızın işğalını yada salmır?
Təbii ki, Əli Kərimlinin növbəti sayıqlamaları ağ yalandır. Göründüyü kimi, üzdəniraq sədrin bütün bu iftiraları onun hakimiyyət hərisliyindən xəbər verir. Axı, AXCP sədrinin birillik hakimiyyətləri dövründən dişində şirə qalıb. Amma çifayda. Bu üzdəniraq antimilli ünsür dərk etməlidir ki, indi 1992-ci il deyil və Azərbaycan xalqı da onu çox yaxşı tanıyır.
Cavid Əkbərov, “İki sahil”
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi