02 avqust 2023 08:21
279

"Çelsi" 19 yaşlı fransalı futbolçunu transfer edib

İngiltərənin "Çelsi" futbol klubu fransalı yarımmüdafiəçi Lesli Uqoçukvu ilə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İngiltərə klubunun saytındakı məlumatda deyilir.

"19 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalanıb, müqavilənin daha bir il uzadılması mümkündür", - deyə açıqlamada bildirilir.

Uqoçukvu Fransanın “Renn” klubundan transfer edilib. O "Renn"in yetirməsidir.