01 avqust 2023 18:40
315

"Rakuv"un baş məşqçisi: Eyni gücə malik iki komanda qarşılaşacaq

“Eyni gücə malik iki komanda qarşılaşacaq".

“İki sahil” xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

33 yaşlı mütəxəssis ilk matçda qazanılan 3:2 hesablı üstünlüyü qorumaq istədiklərini söyləyib: “Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda "Qarabağ"la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Sabahkı görüşə də hazırıq. "Rakuv"un oyununu sərgiləməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək.