Türkiyənin meqastarı Tarkan Bakıya gəlir.
“İki sahil” xəbər verir ki, müğənni bu barədə sosial media hesabında paylaşım edib.

Tarkan tezliklə “Baku Crystall Hall”da səhnəyə çıxacağını bildirib. O, konsertin tarixi barədə məlumat verməyib.
Müğənni, həmçinin Qazaxıstan və Özbəkistanda konsert verəcəyini bildirib.
Xatırladaq ki, bu, 2017-ci ildə F1 çərçivəsində Bakıda konsert verən Tarkanın illər sonra Azərbaycanda ilk solo konserti olacaq.
Azərbaycanın milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri "Tbilisoba" festivalında təqdim olunur
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək