Tbilisidə keçirilən "Tbilisoba" şəhər bayramı tədbirlərində Azərbaycan xalqının milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri təqdim olunur.
“İki sahil” xəbər verir ki, oktyabrın 3-4-də keçirilən bayram tədbirləri çərçivəsində ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri də iştirak edir. Onlar öz milli mədəniyyətlərini, adət-ənənələrini və mətbəx nümunələrini təqdim edirlər. Tədbirdə M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də iştirak edir. Muzey tərəfindən Azərbaycan xalqının milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri təqdim olunur. Bayram məkanlarında müxtəlif mədəni, əyləncəli və maarifləndirici proqramlar, konsertlər, idman və uşaq tədbirləri keçirilir. Ərazilərdə bayram dekorasiyaları, instalyasiyalar, foto və istirahət zonaları, həmçinin açıq hava kinoteatrları yaradılıb. Hər iki günün proqramı musiqi axşamları və teatr tamaşaları ilə davam edir.
Qeyd edək ki, "Tbilisoba" Tbilisidə hər il keçirilən şəhər bayramıdır və müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə paytaxtın çoxmillətli mədəniyyətini də nümayiş etdirir.
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası