02 oktyabr 2026 14:38
169

MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəsi davam edir.

“İki sahil” xəbər verir ki, layihənin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliğ edilməsi və bu sahədə savadlılığın artırılmasına dəstək olmaqdan ibarətdir.

Layihə üzrə ikinci seminar oktyabrın 8-i saat 11:00-da Azərbaycan Milli Kitabxanasında Xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlının iştirakı ilə keçiriləcək.

Giriş sərbəstdir.