Düz 33 il bundan əvvəl, 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün yeni bir mərhələnin başlanğıcı idi. Xalqımız müstəqilliyi, dövlətçiliyi, inkişafı, rifahı əsas götürərək böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalq ona, o isə xalqa arxalanırdı, gücü ondan alırdı. Bu dahi dövlət adamı həm də elə bir dövrdə hakmiyəyyətə gəldi ki, yenicə müstəqillik qazanmış Azərbaycan dövləti süquta uğramaq üzrə idi. Təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdə davam edirdi, Ordu quruculuğu sıfr səviyyəsində idi. Əvəzində parakəndə və nizamsız hərbi birləşmələr ölkədə hakimiyyət davasına qoşulmuşdular. Azərbaycanda siyasi sabitlik pozulmuşdu, hərc- mərclik hökm sürürdü. Bu isə ermənis silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsinə münbit şərait yaradırdı.
Bu, elə bir dövr idi ki, hətta xarici düşmən ölkələrin təhriki və dəstəyi ilə Azərbaycanı parçalayacaq sepaatçı qüvvələr ölkədə at oynadırdılar. Onların qarşısına çıxacaq və xalqın gücünə güc qatacaq yeganə lider isə məhz o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev oldu.

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev hətta özünün və ailəsinin həyatını təhlükəyə atraraq Azərbaycana rəhbərlik etmək kimi ağır və məsuliyyətli vəzifəni üzərinə götürdü. Bununla da müstəqil Azərbaycanın və fədakar xalqımızın dəhşətlərdən xilasının təməli qoyuldu. Xüsusilə Ermənistanın Azərbaycanı işğal etmək və «Dənizdən -dənizə Böyük Ermənistan» xülyası iflasa uğradı.
Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı deyib: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın."
Ölkəmizin başçısı xüsusi vurğulayıb ki, məhz həmin ağır illərdə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.
Elçin Zaman, "İki sahil"