24 iyun 2023 21:05
462

Azərbaycan boksçusu Avropa Oyunlarında 1/8 finala yüksəlib

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

“İki sahil” xəbər verir ki, 80 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçivəsində Kevin Şumannla (Almaniya) qarşılaşıb.

Döyüş Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçumuz 3-cü hissədə tam üstünlüklə qalib gəlib.

O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.

Qeyd edək ki, axşam seansında daha 1 boksçumuz mübarizəyə qoşulacaq. Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirəcək.