Bu ilin may ayında "Şəfa"dan ayrılan Elgiz Kərəmli Azərbaycanın U-19 millisini çalışdıra bilər.
“İki sahil” xəbər verir ki, bu barədə QOL.az-a açıqlamasında 34 yaşlı mütəxəssis özü məlumat verib. O, AFFA-dan belə bir təklif aldığını deyib:
"Bəli, U-19 millisi ilə bağlı AFFA ilə danışığımız olub. Ancaq hələlik rəsmi tərəfinə keçməmişik. Prorses davam edir. Nə vaxt çağırsalar, onda da gedib işləyəcəyik. Milli komanda başqa bir mühitdir və düşünürəm ki, daha məsuliyyətli olmağı tələb edir. Mən də bu məsuliyyəti üzərimə götürməyə hazıram" - deyə o bildirib.
Qeyd edək ki, U-19 millisini son olaraq Elxan Abdullayev çalışdırıb.
Xatırladaq ki, Elgiz Kərəmli son olaraq "Şəfa"nı çalışdırıb. "Şəfa" ötən mövsüm onunla 1-ci liqanın qalibi olub və Premyer Liqaya vəsiqə qazanıb.