24 iyun 2023 19:56
499

Azərbaycan millisinin üzvü Bolqarıstan klubuna keçə bilər

Ukraynanın "Aleksandriya" klubundan ayrılan azərbaycanlı futbolçu Emil Mustafayev karyerasını Bolqarıstanda davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi MOİK-lə danışıqlar aparır.

Transfer baş tutsa, gənc vinger Sofiya təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Emil Mustafayev 2021-ci ilin noyabrından Azərbaycanın U-21 yığmasında çıxış edir.